Icma.az
close
up
RU
Şüvəlan çimərliyi müzakirələrə yol açdı: Zamanlamada müəyyən problem yaranıb

Şüvəlan çimərliyi müzakirələrə yol açdı: Zamanlamada müəyyən problem yaranıb

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət Turizm Agentliyi Xəzər rayonunun Şüvəlan qəsəbəsində yeni ictimai çimərlikləri istifadəyə verib. Lakin sosial şəbəkələrdə bu addım müzakirələrə səbəb olub.

İstirahət mövsümünün bitməsinə sayılı günlər qalmış çimərliklərin istifadəyə verilməsi nə dərəcədə məqsədəuyğundur?

Mövzu ilə bağlı Ölkə.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, sosial şəbəkələrdə bu çimərliklərin məhz yay fəslinin son ayında istifadəyə verilməsi ilə bağlı qaldırılan məsələlərdə həqiqət payı var.

Onun sözlərinə görə, planlaşdırma elə aparılmalı idi ki, ən azı yay mövsümünün əvvəlində, təqribən may ayında bu çimərliklər vətəndaşların ixtiyarına təqdim olunsun:

"Çünki onlardan təkcə yerli sakinlər deyil, həm də xarici turistlər istifadə edirlər. Hazırda isə məlum olduğu kimi, əvvəlki çimərliklərin əksəriyyəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə verilib. Orada müvafiq qiymətlər təyin olunub. Vətəndaşlarımızın bir çox hissəsinin o qədər maddi imkanı yoxdur ki, yay mövsümündə mütəmadi olaraq həmin çimərliklərdən istifadə etsin. Bu qiymətlər insanları yay dövründə çimərliklərdən istifadədən uzaqlaşdırır.

Yalnız müəyyən bir kütlə, sosial, maddi imkanları yüksək olan insanlar və yaxud da ki, orta təbəqə bu çimərliklərdən istifadə edə bilir. Ona görə də ictimai çimərliklərin yaradılması ideyası və bunun həyata keçirməsi doğrudan da təqdirəlayiqdir. Güman edək ki, məhz zamanlamada müəyyən problem yaranıb və növbəti il üçün yəqin həmin ictimai çimərliklər elə may ayından istifadəyə veriləcək. Vətəndaşlarımız çimərliklərin xidmətindən yararlana biləcəklər. Növbəti il üçün planlaşdırıldığını ehtimal edək. Çünki sosial şəbəkələrdə qeyd olunduğu kimi, artıq yay mövsümü yekunlaşıb. Havalar artıq küləkli olmağa başlayıb. Küləkli havalarda çimərliklərdən istifadə həm uyğun deyil, həm də təhlükəlidir. Üstəlik, avqustun sonu və sentyabrın əvvəllərində çimərliklərdən istifadə faizi artıq demək olar ki, ciddi şəkildə azalır".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri