Icma.az
close
up
RU
Suveren vətənimizin və hüquqi dövlətimizin müdrik memarı Heydər Əliyev

Suveren vətənimizin və hüquqi dövlətimizin müdrik memarı Heydər Əliyev

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyevin təcrübəli və müdrik siyasəti nəticəsində qısa müddətdə xarici və daxili siyasətdə böyük dönüş yarandı, dünyanın aparıcı dövlətləri ilə, beynəlxalq təşkilatlarla Azərbaycan arasında münasibətlərdə bir siyasi inam yarandı.
Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemində yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı.
1995-ci ilin 12 noyabrında Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan, ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının əsasını qoydu. 
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi ilə ölkənin dünya birliyinə inteqrasiyası təmin edildi. Böyük İpək yolu bərpa olundu, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi yaradıldı,  Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələri səmərəli şəkildə həyata keçirilməkdədir.Böyük tarixi şəxsiyyət Heydər Əliyevin apardığı xarici siyasət nəticəsində beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi, bu istiqamətdə qətnamələr və bəyanatlar qəbul olundu.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev 2001-ci il oktyabrın 17-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş Respublika sarayında keçirilən zirvə tədbirində çıxışında dedi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur.
Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”. Bu kəlamlar azərbaycançılıq ideologiyasınnı mahiyyətini bir daha xatırlatmaqla müstəqil Azərbaycanın dövlətçiliyinin əbədiliyinin zəmanəti kimi tarixləşdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıdışı, Prezident seçilməsi Azərbaycanın dövlətçilik tarixində ən qüdrətli mərhələlərdən biri oldu. Bu gün həmin mərhələni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Heydər Əliyev deyirdi: “Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu tarixi kəlam bir daha tariximizdə öz təsdiqini tapmış oldu.
Sənan Hüseynov – Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini, ADNSU IV kurs tələbəsi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Oktyabr 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see158

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see136

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see133

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri