Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Suverenliyimiz milli qürurumuzdur

Suverenliyimiz milli qürurumuzdur

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, xalqımız müstəqilliyini, dövlətçilik əzmini həmişə qoruyub saxlaya bilib. Dövlətimiz müstəqildir, suverendir, xalqımız heç kəsdən asılı deyil. Özümüz öz taleyimizin sahibiyik. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məqsədyönlü, praqmatik siyasətini bütün sahələrdə uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin qətiyyəti, güclü diplomatik siyasi bacarığı, yenilməz iradəsi, qətiyyətli mövqeyi, tükənməz səbri nəticəsində Azərbaycan misli görünməmiş uğurlara, inkişafa imza atıb, dünya dövlətləri içərisində öz nüfuzunu, mövqeyini daha da gücləndirib.

Bütün bunlar eyni zamanda xalqımızın İkinci Qarabağ müharibəsində əldə etdiyi böyük Zəfərlə daha da möhkəmlənib. Dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu, xalqımızın ən çətin vaxtlarda nümayiş etdirdiyi əzm, mətanət, iradə, xalq-iqtidar birliyi nəticəsində əldə edilən Zəfərimiz milli qürurumuzdur. Beləliklə, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutması ilə qüdrətli Ordumuzun apardığı əks-hücum əməliyyatı nəticəsində uzun illərdir, işğal altında qalan torpaqlarımız azad edildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın əsarətdən xilas edilərək azadlığa qovuşdu. Beləliklə, qarşı tərəf təslim olaraq kapitulyasiya aktına imza atdı. Noyabrın 8-i – Şuşa şəhərinin işğaldan azad olunduğu gün xalqımız tərəfindən böyük coşqu və sevinclə Zəfər günü kimi qeyd edilir. Böyük Zəfərin davamı kimi 2023-cü ilin sentyabrın 19-da Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə aparılan antiterror əməliyyatında Milli Ordumuz cəmi 23 saat ərzində Azərbaycan Respublikasının suverenliyini tam bərpa etdi. 

Bir vaxtlar viran edilmiş şəhər və kəndlərimizə, maddi-mədəniyyət abidələrimizə bu gün yenidən həyat bəxş edilir. Aparılan kompleks quruculuq tədbirləri, “Böyük Qayıdış” proqramı bütün işğaldan azad edilmiş ərazilərdə davam etdirilir. Bu gün həm də ona görə qürurluyuq, sevincliyik ki, bir vaxtlar məcburi köçkün damğasına düçar olan vətəndaşlarımız artıq öz doğma torpaqlarına, yurdlarına qayıdıblar, dövlətimiz onlar üçün hər bir şəraiti yaradıb. Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Bütün bunları 44 günlük Vətən müharibəsində, ardınca aparılan antiterror əməliyyatlarında gözünü qırpmadan canını fəda edən şəhidlərimizə, yaralanan qazilərimizə borcluyuq. Şəhidlərimiz qəlbimizin ən dərin yerində daim yaşayacaqlar. Şanlı Zəfər sayəsində bu gün Dövlət Bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Ədalətin ən böyük təntənəsi isə cinayətkarların bu gün öz cəzalarını çəkmələridir. Bu, xalqımızın bir yumruq kimi birliyinin, çətin gündə dövlətinin yanında olmasının nəticəsidir ki, ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa edilib. Bu gün Azərbaycan Ermənistanla sülh prosesi mərhələsindədir və inanırıq ki, bu sülh davamlı olacaq.

Onu da qeyd edək ki, dövlət başçısı 15 sentyabr 2026-cı il tarixində Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən çıxışında dedi: “Bu gün dünya tamamilə dəyişib və güc amili ön plana çıxıb. “Kim güclüdür, o da haqlıdır” prinsipini biz ortaya atmamışıq. Amma biz mövcud olan reallıqlarla gərək hesablaşaq və təbii ki, hesablaşırıq. Bilirik ki, suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının bir zəmanəti var, o da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz, xalqımızın bir yumruq kimi birləşməsi, imanımız və milli dəyərlərimizdir”.

Bəli, hər bir Azərbaycan vətəndaşı buna çalışmalıdır. Çalışmalıyıq ki, dövlətimiz həmişə güclü, qüdrətli, yenilməz olsun, xalqımız qürurlu xalq kimi yaşasın, yaratsın, ölkəmizin inkişafına öz töhfəsini versin!

Güntac Şahməmmədli

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Sentyabr 2026 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri