Icma.az
close
up
RU
Müstəqilliyimiz və Suverenliyimiz milli sərvətimizdir

Müstəqilliyimiz və Suverenliyimiz milli sərvətimizdir

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1990-cı illərin əvvəllərindən başlayaraq Ermənistan Respublikası Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi təcavüz nəticəsinda torpaqlarımızın 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törədilmiş, torpaqlarımız,yaşayış məntəqələrimiz viran edilmiş, təbii ehtiyyatlarımız talan olunmuş, ən başlıcası isə Erməni faşizminin iç üzünü açıb göstərən, dünyada ən qanlı ən dəhşətli faciələrdən olan Xocalı soyqırımı törədilmişdir.

Ermənistanın bütün işğalçılıq planlarına, təcavüzkarlıq cəhdlərinə təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsində Azərbaycan möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı. Cəmi bir günlük antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi. 30 il erməni tapdağında olan torpaqlarımız geri qaytarıldı. Bu tarixi uğurlar Azərbaycan xalqının əbədi qürur mənbəyidir. Azərbaycan Ordusu bu möhtəşəm Qələbəyə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi, əsgər və zabitlərimizin, şəhidlərimizin, qazilərimizin igidliyi, qəhrəmanlığı sayəsində nail olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Azərbaycan dövləti uzun illər davam edən erməni işğalına son qoydu. Ermənistan 2020-ci ilin 10 noyabrında təslim olma aktına imza atdı. Lakin Ermənistanın siyasi rəhbərliyi işğalı davam etdirməyə, Qarabağda fəaliyyət göstərən separatçı rejimə dəstək verməyə çalışırdı. Ancaq Azərbaycan öz ordusunun gücü ilə istəyinə nail oldu və dünyada bənzəri olmayan siyasi iradə və qətiyyət, yüksək səviyyədə hərbi peşəkarlıq nümayiş etdirdi.

          2020-ci il Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan öz ərazisinə tam nəzarəti bərqərar etmək üçün səylərini davam etdirib. Siyasi və diplomatik tədbirlərə baxmayaraq, Ermənistan Qarabağ ərazisindəki silahlı birləşmələri dəstəkləməkdə, təhlükəsizliyə təhdidlər yaratmaqda və Azərbaycan Respublikasının suverenliyini pozmaqda davam edirdi. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Silahlı Qüvvələri Qarabağ bölgəsindən qeyri-qanuni silahlı birləşmələrin çıxarılması və konstitusiya quruluşunun bərpası ilə nəticələnən antiterror əməliyyatına başladı.

Cəmi 23 saat davam edən sentyabrın 20-də başa çatan əməliyyat Ermənistan hərbi qüvvələrinin tam tərksilah edilməsinə və Azərbaycanın öz ərazisi üzərində nəzarətinin tam bərpasına gətirib çıxardı. Azərbaycan xalqının və dövlətinin öz müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etmək əzmini təsdiq etdi.Azad olunmuş ərazilərimizdə Azərbaycan Respublikasının üç rəngli bayrağı qaldırıldı. Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi həm Azərbaycan xalqının və Ordusunun tarixi xidmətləri həm də ölkənin müstəqil və suveren dövlət kimi gələcək inkişafının rəmzidir. Eyni zamanda suverenliyimizin bərpasə cənab Prezidentimiz İlham Əliyevin misilsiz xidmətlərinin, qətiyyətinin  və iradəsinin nəticəsidir.

Bu əlamətdar tarix xalqımızın uğrunda mübarizə apardığı və qurban verməyə hazır olduğunu göstərən yüksək dəyərdir. Bu tarixi günlər doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid oğlan və qızlarımızın xatirəsini daim yad etmək üçün xüsusi məqam olacaqdır. Bu yaddaş milli kimliyimizin ayrılmaz hissəsinə çevriləcək, Azərbaycan xalqının birlik və əzmkarlığının simvolu olacaqdır. Əsas məqamlardan biri dövlətçiliyimizin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi, gələcəyə istiqamətləndirilməsidir.

          2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Sərancam həm tarixilik, həm də gələcəyə yönəlik strateji yanaşmaları əks etdirir.

     Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar həm də milli kimliyi və birliyi ifadə edir. Azərbaycan Respublikasında suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaradır.

Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanmışdır. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açmışdır. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapmışdır.

      Azərbaycanda hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu nailiyyətlərin davam etdirilməsi və konstitusiya prinsiplərinin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirilmişdir.

     Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər edilmişdir. Konstitusiyanın 29 maddəsinə edilən əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmişdir.

      Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri aparılır, məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar.

Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır.

Qadir İbrahimov

YAP Culfa rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Sentyabr 2026 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri