Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Biznes kreditlərində rekord artım

Suverenliyimiz milli varlığımızın əbədiyyət pasportu

Suverenliyimiz milli varlığımızın əbədiyyət pasportu

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Müstəqil Azərbaycan dünyaya Günəş kimi doğur

20 sentyabr suverenlik gününü – bu böyük tarixi hadisəni bütün mənalarda istiqlalını qazanmış, sərhədlərini bərpa etmiş, böyümüş, güclənmiş, əzmini və səriştəsini artırmış, Bakıdan Vaşinqtona qədər uzanan siyasi nüfuz dalğasında milli müqəddəratını özü təyin etmiş bir ölkənin vətəndaşları kimi qarşılayırıq.

Son otuz ildə keçdiyimiz yolun çətinliklərindən çox bəhs etmişik. Artıq zaman deyil, proseslər, situasiyalar fərqli şəkil alıb. Suverenlik faktının müstəsna tarixi fenomen olduğunu günbəgün daha dərinliyi ilə hiss etməkdəyik. Bu mənada, nəzər nöqtələri, diskurslar, yanaşmalar dəyişib və dəyişməkdədir. Yəqin ki, tədricən şüuraltı axın daha dərinlərə işlədikcə, çağın obrazını daha əhatəli, epik panoram genişliyi ilə idrak edəcəyik. Amma bu günün içindən belə aydın görünən, getdikcə bütün yönləri ilə sərgilənən həqiqətlər var ki, onlarla bağlı qənaət birmənalı olaraq sabitdir. Məsələn, böyük qələbəmizi bizə qazandıran dəyərlər, təməllər, siyasi sistemin möhkəm sütun üzərində pərvəriş tapması və s. Bunlar hamısı ümummilli lider Heydər Əliyevin dühasında qurulan, dövlət müstəqilliyinin möhkəm təməllərini yaradan əməllər sırasında ehtiva olunmuşdur. O əməllər ki, sonradan ölkə başçısı, Prezident İlham Əliyevin siyasətində sabahlı bir gələcək kontekstindən mündəricə qazandı. İlham Əliyev müstəqil dövlətçiliyi, suverenlik anlayışını bütün istiqamətlər üzrə inkişaf etdirərək yeni mərhələyə çıxardı. Əlbəttə ki, tarixi taleyimizdə həlledici səhifə açan epoxal hadisənin adı Qarabağda qazanılan Zəfər oldu. Amma bura qədər də İlham Əliyev yeni epoxanın, yeni əsrin meydana çıxardığı, böyük siyasi-ideoloji məktəb keçmiş, Azərbaycan dövlətinin dayaqlarını əsaslı şəkildə inkişaf etdirərək möhkəmləndirən və yeni üfüqlər açan qüvvətli lider kimi özünü çoxdan təsdiq etmişdir. Azərbaycan neft siyasətini ardıcıl və yüksək səviyyədə inkişaf etdirməsi, dünya ölkələri ilə inteqrasiya proseslərinin daha da genişləndirilməsi, bir çox hallarda isə yeni əlaqələrin yaranmasına yol açması, müxtəlif layihələr əsasında ölkədəki rifaha çalışması, quruculuq işlərinin möhkəmlənməsi və geniş şəkil alması prosesində xidmətləri və s.

Bəli, suverenliyin əsası 1991-ci ildə qoyulsa da, onu möhkəmləndirmək, qorumaq və bərpa etmək məhz sonrakı illərdə dövlət başçısı Heydər Əliyevin, daha sonra isə İlham Əliyevin əsas vəzifəsi oldu. Ölkədə siyasi sabitlik təmin olundu, dövlət institutları gücləndirildi, idarəetmə sistemi müasirləşdirildi. Orduya böyük sərmayə qoyuldu, ən müasir texnika və silahlarla təmin edildi. Peşəkar zabit və əsgər hazırlığına xüsusi diqqət ayrıldı. Bu siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi. Azərbaycanı dünyada etibarlı enerji tərəfdaşı kimi tanıtdı. Bakı–Tbilisi–Ceyhan, TANAP, TAP, Cənub Qaz Dəhlizi kimi layihələr ölkəyə iqtisadi güc və siyasi müstəqillik qazandırdı. Neft gəlirləri ağıllı şəkildə idarə olunaraq qeyri-neft sektorunun inkişafına yönəldildi. Xarici siyasətdə müstəqillik meyarları əsas götürüldü. Azərbaycan heç bir hərbi-siyasi bloka qoşulmadı, balanslı siyasət yürütdü. Qoşulmama Hərəkatına sədrlik etdi, Türk Dövlətləri Təşkilatında və digər beynəlxalq platformalarda ölkənin mövqeyini gücləndirdi. Bütün bunlar onunla sonuclandı ki, 2020-ci ildə Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqların böyük hissəsi azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə Qarabağda qalan separatçı silahlı qruplar tərk-silah edildi. Bununla da Azərbaycanın tam dövlət suverenliyi bərpa olundu. Beləliklə, Prezident İlham Əliyevin atdığı mühüm strateji addımlar Azərbaycanı həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan güclü dövlətə çevirdi və suverenliyimizi yalnız kağız üzərində deyil, real həyatda tam təmin etdi.

Hakimiyyətdə olduğu bütün illəri İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsi üçün keçdiyi hazırlıq mərhələsi də adlandıra bilərik. O vəsiyyət ki, özündə müstəqillik andı, xalq amili, milli mənafe, ölkə maraqlarını meyara çevirmək kimi ən ali dəyərləri ehtiva edir. İlham Əliyev bunu yalnız siyasi arenada deyil, milli mədəniyyətə münasibətdə də gerçəkləşdirmişdir. Zənnimcə, bu yöndə sərgilədiyi həssaslığı da ümummilli lider Heydər Əliyev dühasına, şəxsiyyətinə, onun mədəniyyətə, ədəbiyyata baxış tərzinə aid milli dəyərlər sistemi hesab etmək olar. Prezidentin elə son illər imzaladığı sərəncamlara diqqət etsək, görmək çətin olmaz – “Multikulturalizm ili”, “İslam həmrəyliyi ili”, “Azərbaycan Xalq Cümhuriyyəti ili”, “Nəsimi ili”, “Nizami ili” – bunlar Heydər Əliyev yolunun yeni tarixi formatda davamının əyani sübutudur. Bu sərəncamların hər biri xalqın dövləti şüurunun güclənməsində, vahid bir ideya ətrafında köklənməsində, insanların milli və tarixi dəyərlər üzərində səfərbər edilməsində, öz tarixi kimliyindən uzaq düşməməsində böyük rol oynayır. Eləcə də mental dəyərlərimizi, kimliyimizi dünyaya bəyan edir, daha sistemli və davamlı təlqinlərə imkan yaradır. Bu mənada, son otuz il həm də inamımızın və iradəmizin yaşıdıdır.

Müharibədəki zəfərimiz, daha sonra 2023-cü ilin 19 sentyabrında antiterror əməliyyatlarında qazanılmış qələbə ilk növbədə, bütövlük amalına sadiqliklə, bütün təzahürlərində bu amala sadiq qalmaqla qazanıldı. Diqqət eləsək görərik ki, Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün zaman kəsimlərində Azərbaycan idealını tam vurğusu ilə qoruyub yaşada biləcəyi qutsal anlayışa çevirdi. İlham Əliyev də energetik passionarlıqla həm tarixi-kulturoloji, həm də hərbi-siyasi kontekstdə həmin idealı tarixin ən dramatik və xaotik dalğalarından zədəsiz çıxarmağa müvəffəq oldu. Ən yeni Azərbaycanın modeli, onun modern fəlsəfəsinin idrakı addım-addım gedilən bu yolların üfüqündə idi. Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan indi Ali Baş Komandanın əzmi ilə özünü yenidən yaratmaqla, qurmaqla, dünyanın qlobal siyasət meydanında fundamental strateji mövqeyi ilə görünməklə yeniliklərə imza atmaqdadır. Bu fərqli rakurslarla həm də yeni siyasi və milli-mənəvi arxitekturanın əsası qoyulacağı mütləqdir.

ELNARƏ AKİMOVA,
Milli Məclisin deputatı, filologiya elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see408

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see358

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see271

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see268

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see266

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see256

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see251

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see235

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see230

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see225

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see209

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see200

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see200

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see196

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see191

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see191

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see186

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see171

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri