Icma.az
close
up
RU
Suverenliyin konstitusion hüquqi anlayışı və dövlətin xarici siyasəti: Azərbaycan qlobal çağırışlar kontekstində

Suverenliyin konstitusion hüquqi anlayışı və dövlətin xarici siyasəti: Azərbaycan qlobal çağırışlar kontekstində

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Suverenliyin konstitusion-hüquqi anlayışı və dövlətin xarici siyasəti: Azərbaycan qlobal çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan konfransın keçirilməsində məqsəd suverenlik anlayışının hüquqi və siyasi kontekstlərdə dəyərləndirilməsi, eləcə də dövlətin müasir dövrdəki xarici siyasət prioritetləri ətrafında fikir mübadiləsi aparılması olub.

Konfransda yerli və xarici ekspertlər, tanınmış hüquqşünaslar, politoloqlar və beynəlxalq münasibətlər üzrə alimlər iştirak ediblər.

Açılış nitqi ilə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov çıxış edərək bildirib ki, konfransda 9 ölkədən nümayəndələr əyani və onlayn formatda iştirak edirlər. Azərbaycanın 2023-cü ildə suverenliyini tam bərpa etdiyini vurğulayan rektor qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı beynəlxalq təşkilatların hesabatlarında yer alır.

Daha sonra Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri hüquq elmləri doktoru, professor Namiq Əliyev “Konstitusiya, suverenlik və müasir mərhələdə Azərbaycanın xarici siyasətinin bəzi beynəlxalq-hüquqi aspektləri” mövzusunda çıxış edərək Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq hüquqda tanınmış suverenlik prinsiplərinin tətbiqi üzrə aktual yanaşmaları elmi-praktik əsaslarla təhlil edib.

Suxumi Dövlət Universitetinin rektoru professor Zurab Khonelidze bildirib ki, dünyada baş verən hadisələr, transformasiyalar sivil cəmiyyətin davranışını tamamilə dəyişib: “Dünyagörüşü, dərin fəlsəfi intellektual arqumentlər insanlar və cəmiyyət arasında əsas dəyər daşıyıcısı olub. Azadlıq, ədalət və sevgi kimi insani dəyərlər uğurun əldə olunmasında mühüm rol oynayır. Bunun üçün universal model yoxdur, bu yol universitetdən keçir. Universitet elmin rəmzidir. İstənilən sosial uğuru bunsuz təsəvvür edə bilmərik”.

“Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri professor Hasan Oktay Azərbaycanın Qafqaz coğrafiyasında önəmli dövlət olduğunu qeyd edib və qısa müddətdə böyük inkişaf yolu keçdiyini xatırladıb: “Azərbaycan sülh sazişini Ermənistanla imzalamağa hazırlaşır. İranının və Gürcüstanın gələcəyi baxımından Azərbaycan önəmli ölkədir. Türküstan coğrafiyasında faydalı qazıntıların Azərbaycan üzərindən daşınması ilə bağlı deyilənlər onun sabitlik və təhlükəsizliyinin zəmanətidir”.

Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri siyasi elmlər doktoru Tatyana Poloskova çıxışında beynəlxalq əlaqələrdə yeni düzən qurulmasından danışıb: “Beynəlxalq hüquqda suverenlik indiki vəziyyətdə əhəmiyyətlidir. Fərqli resurslar var. Ancaq xarici siyasət iqtisadi maraqlar üzərində qurulur. Beynəlxalq hüquq yüz illərlə qurulub və bəşəriyyət bu qaydalarla idarə olunur”.

Qazaxıstanın Beynəlxalq “Şərq-Qərb” Geopolitik Proqnozlaşdırma Mərkəzinin prezidenti, professor Karlığaş Nuğmanova isə qeyd edib ki, dünyada baş verən hadisələr bizdən təhlükələrə qarşı sistemli qiymətləndirmə tələb edir: “Bizim ölkələrimiz arasında əməkdaşlıq əlaqələri mövcuddur. Yaxın gələcəkdə bizim ölkələri ümumi tarix və geosiyasi sferada maraqlar birləşdirir”.

İsrailin İnformasiya Müharibələri Araşdırma İnstitutunun icraçı direktoru Yuriy Boçarov çıxışında qeyd edib ki, geosiyasi dinamika bir çox qlobal çağırışlardan formalaşır: “Bu, region ölkələrini beynəlxalq əlaqələrin yeni reallıqlarına uyğunlaşmağa məcbur edir. Bizim regionda hara getsək də, müzakirə etsək də hər yerdə ABŞ, Rusiya və Çin var, onlar ticari və diplomatik meydanda rəqabətdədirlər. Azərbaycan bu gün nəqliyyat dəhlizi rolu oynayır. Azərbaycanın güclü enerji ehtiyatları var. Hesab edirəm ki, Azərbaycanın yürütdüyü müstəqil iqtisadi siyasət bütün region ölkələrinin inkişafına təkan verəcək”.

“Qarabağ” Araşdırmalar mərkəzinin rəhbəri professor Elçin Əhmədov bildirib ki, Azərbaycanın milli maraqlara əsaslanan düşünülmüş siyasətinin əsası hələ Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndə qoyulub. Onun hakimiyyəti dövründə xarici siyasət strategiyasında ərazi bütövlüyünün bərpası məsələsi önə çəkilirdi. Prezident İlham Əliyevin hakimiyyəti dönəmində isə suverenliyimiz tam bərpa edildikdən sonra Azərbaycan beynəlxalq arenada mühüm rol oynamağa başlayıb”, - deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri