Icma.az
close
up
RU
Azərbaycan ailəsinin inkişaf dinamikası: Müasir çağırışlar kontekstində struktur və dəyərlər sisteminin TƏHLİLİ

Azərbaycan ailəsinin inkişaf dinamikası: Müasir çağırışlar kontekstində struktur və dəyərlər sisteminin TƏHLİLİ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 21 aprel, Təhminə Verdiyeva, AZƏRTAC

Ailə cəmiyyətin təməl sütunu, milli-mənəvi dəyərlərin daşıyıcısı və nəsillər arasında körpü rolunu oynayan ən qədim sosial institutlardan biridir. Tarix boyu baş verən sosial, iqtisadi və mədəni dəyişikliklər bu institutun strukturu və funksiyalarında mühüm dəyişikliklərə səbəb olub. Müasir dövrdə bu dəyişikliklər daha da sürətlənərək ailə modelinə və onun mənəvi təməllərinə yeni çalarlar əlavə edib. Azərbaycan kimi keçid dövrünü yaşayan, köklü ənənələrlə müasir dəyərlər arasında tarazlıq axtaran cəmiyyətlərdə bu transformasiya daha qabarıq şəkildə hiss olunur. Bir tərəfdən urbanizasiya, qloballaşma və texnoloji inkişaf ailə strukturlarını dəyişdirərək yeni münasibət formaları doğurur, digər tərəfdən isə ənənəvi dəyərlərin qorunub saxlanılması üçün ictimai səylər güclənir. Zaman dəyişsə də, ailənin cəmiyyətdəki əhəmiyyəti dəyişməz qalır. Bu, təkcə sosial reallıq deyil, həm də mənəvi çağırışdır. AZƏRTAC-ın təqdim etdiyi bu yazıda ailə institutunun zamanla necə transformasiyaya uğradığı və bu dəyişikliklərin Azərbaycan cəmiyyəti ilə yanaşı, qlobal miqyasda hansı nəticələr doğurduğu təhlil olunur.

Ənənəvi ailə modelindən müasir struktura

XIX–XX əsrlərdə ənənəvi Azərbaycan ailəsi əsasən geniş ailə modeli əsasında formalaşmışdı. Bu modeldə bir neçə nəsil bir evdə birgə yaşayır, ailənin idarə olunmasında isə əsas söz sahibi yaşca böyük kişi – ata və ya baba olurdu. İrs və miras məsələlərində ailənin böyük oğlu əsas paya sahib çıxır və atanın vəfatından sonra ailənin başçısı kimi çıxış edirdi. Bu struktur həm sosial, həm də iqtisadi münasibətlərin tənzimlənməsində mühüm rol oynayırdı.

Sovet dövründə ailə institutu ideoloji nəzarət altına düşdü. Əvvəllər “burjua qalığı” kimi dəyərləndirilən ailə sonralar “cəmiyyətin təməl vahidi” kimi qəbul edildi. Qadınların əmək bazarına inteqrasiyası və onların ictimai həyatda fəal iştirakı bu dövrün əsas siyasət istiqamətlərindən biri oldu. Lakin ailə daxilindəki gender rollarında radikal dəyişikliklər baş vermədi, patriarxal münasibətlər əsasən qorunub saxlanıldı.

1991-ci ildə müstəqilliyin bərpası ilə Azərbaycan ailəsində yeni bir mərhələ başlandı. Qloballaşma, bazar iqtisadiyyatına keçid, informasiya texnologiyalarının inkişafı və urbanizasiyanın artması ailə münasibətlərində dərin transformasiyalara səbəb oldu. Ənənəvi geniş ailə modelindən nüvə ailə modelinə keçid sürətləndi. Ailələr artıq əsasən valideynlər və övladlardan ibarət kiçik vahidlər formasında təşkil olunmağa başladı.

Ulu Öndər Heydər Əliyev ailə institutunun möhkəmləndirilməsini və milli-mənəvi dəyərlərin qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında ailənin mahiyyəti və ailə üzvlərinin hüquq və vəzifələri ilə bağlı müddəalar bu siyasətin hüquqi əsaslarını təşkil edir.

Qloballaşma və urbanizasiya ailə ölçüsünün kiçilməsinə, ailədaxili funksiyaların dəyişməsinə gətirib çıxarmışdır. Təhsil səviyyəsinin yüksəlməsi və qadınların ictimai fəallığının artması gender münasibətlərində yeni mərhələnin əsasını qoysa da, gender bərabərliyi hələ də tam şəkildə təmin olunmayıb. Qadınlar ailə daxilində və əmək bazarında sosial maneələrlə üzləşirlər.

Ənənəvi ailədə uşaqların tərbiyəsi valideynlərin nəzarəti altında həyata keçirilirdisə, müasir dövrdə bu proses məktəb, media və digər sosial institutlarla bölüşülüb. Bu səbəbdən uşaqların sosiallaşması daha çoxşaxəli və kompleks xarakter daşıyır. Azərbaycan ailəsi tarix, mədəniyyət və sosial dəyişikliklərin təsiri ilə daima transformasiyaya uğrayaraq ənənə və müasirlik arasında tarazlıq yaratmağa çalışan dinamik bir struktur kimi formalaşıb.

Azərbaycanda və beynəlxalq miqyasda qlobal dəyişikliklər

Qlobal miqyasda ailə dəyərlərində baş verən dəyişikliklər Azərbaycan ailəsinə də əhəmiyyətli təsir göstərıb. Valideyn məzuniyyəti, gender bərabərliyinin təşviqi kimi sosial siyasətlər ailə strukturlarında transformasiyalara səbəb olub. Qadın və kişilərin ailə və cəmiyyət həyatında bərabər hüquq və imkanlara malik olması üçün qanunvericilik bazası gücləndirilib, ictimai təşəbbüslər genişləndirilib.

Bu dəyişikliklər yalnız ailə münasibətləri ilə məhdudlaşmır, bütövlükdə cəmiyyətin sosial strukturuna təsir edir. Uşaqların sağlam, əxlaqlı və sosial baxımdan yetkin fərdlər kimi formalaşmasında ailə, məktəb və cəmiyyət arasında əməkdaşlıq vacibdir. Ailə dəyərləri zamanla sosial, iqtisadi və mədəni dəyişikliklərə uyğun şəkildə yenilənmişdir. Ənənəvi ailə modelindən nüvə ailəyə keçid, gender bərabərliyinin aktuallaşması, valideyn məsuliyyətinin artırılması və uşaqların tərbiyəsində yeni yanaşmalar bu dəyişikliklərin əsas göstəricilərindəndir.

Müasir dövrdə ailə anlayışı yalnız bioloji və qan qohumluğu ilə məhdudlaşmır, həm də sosial inkişafda əsas rol oynayan institut kimi dəyərləndirilir. BMT və UNESCO kimi beynəlxalq təşkilatların da vurğuladığı kimi, ailə dəyərlərinin möhkəmləndirilməsi, sosial inklüzivliyin təşviqi, gender bərabərliyi və uşaq hüquqlarının qorunması cəmiyyətin davamlı inkişafında əsas amillərdən biridir.

Ailə institutunun gücləndirilməsi üçün yeni strategiyaların hazırlanması zərurəti

2006-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə siyasətinin formalaşdırılması və həyata keçirilməsini təmin edən əsas dövlət orqanıdır. Komitənin əsas məqsədi ailə institutunun möhkəmləndirilməsi, qadınların fəal cəmiyyətə inteqrasiyası və uşaqların rifahının təmin olunmasıdır. 17 rayonda fəaliyyət göstərən resurs mərkəzləri gender bərabərliyi, qadın sahibkarlığı və sosial dəstək layihələri vasitəsilə ailələrin rifahına töhfə verir.

Komitə, eyni zamanda, qanunvericilik bazasını mütəmadi olaraq yeniləyir, maarifləndirici materiallar və sosial çarxlar hazırlayır, ölkə miqyasında maarifləndirmə kampaniyaları həyata keçirir. Bu fəaliyyətlər ailə institutunun möhkəmləndirilməsi və ictimai şüurun formalaşdırılması baxımından əhəmiyyətlidir.

Müasir çağırışlar fonunda ailə dəyərlərinin qorunması və inkişafı üçün dövlət səviyyəsində elmi əsaslara söykənən, kompleks və uzunmüddətli bir strategiyanın hazırlanması vacibdir. Belə strategiya ailə üzvlərinin hüquq və vəzifələrini, gender bərabərliyini, valideyn məsuliyyətini, uşaqların rifahını və yaşlı nəslin sosial müdafiəsini əhatə etməlidir. Bu strategiyanın həyata keçirilməsi dövlətin ailə siyasətini sistemləşdirəcək və cəmiyyətin sosial rifahını gücləndirəcək.

Məktəb və ali təhsil proqramlarında ailə dəyərləri, sosial məsuliyyət və qarşılıqlı hörmət mövzularına xüsusi yer ayrılmalıdır. Bu, gənc nəslin ailə institutuna sağlam münasibət formalaşdırmasına və gələcəkdə dayanıqlı ailələr qurmasına zəmin yaradacaq.

Sosioloji və psixoloji monitorinqlər aparan ixtisaslaşmış mərkəzlərin yaradılması da vacibdir. Bu mərkəzlər statistik baza formalaşdıracaq və dövlətin effektiv siyasət hazırlamasına yardım göstərəcək. Media qurumları ailə dəyərlərinin qorunması və müasirliklə uzlaşdırılması istiqamətində maarifləndirici kampaniyalar həyata keçirməli, ailədaxili zorakılıq, boşanma halları və valideyn məsuliyyətsizliyi kimi aktual sosial problemləri ictimai müzakirəyə çıxarmalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqəyə təqdim olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see133

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see119

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see118

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see117

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see115

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Maskın təklifi

08 İyun 2025 04:23see114

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see114

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri