Icma.az
close
up
RU
Suverenliyin və ərazi bütövlüyün qarşılıqlı dəstəklənməsi

Suverenliyin və ərazi bütövlüyün qarşılıqlı dəstəklənməsi

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Natiq Quluzadə,

YAP Zəngilan rayon təşkilatının sədri

Məlum olduğu kimi, aprel ayının 23-24-də ölkə Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasında rəsmi dövlət səfərində olub. Səfər zamanı müxtəlif sahələrdə əməkdaşlıq barədə 20-dən artıq Azərbaycan-Çin sənədləri imzalanıb. Əlbəttə ki, bu sənədlərdən ən önəmlisi kimi “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı qeyd etmək lazımdır. Məhz bu sənədin imzalanması ilə ölkələrimiz arasında münasibətlər indiyədək olduğundan daha yüksək səviyyəyə qaldırılmış oldu.

Diqqətəlayiq haldır ki, Azərbaycan ilə Çin milli maraqlara aid məsələlərdə hər zaman həmrəylik və dostluq nümayiş etdirirlər. İmzalanmış Bəyanatda ikitərəfli əlaqələrin geniş gündəliyi öz əksini tapıb. Vacıb məqamlardan biri də budur ki, ölkələrimiz daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirlər. O cümlədən Azərbaycan Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmaqla “Vahid Çin” siyasətini qətiyyətlə dəstəklədiyini bir daha nümayiş etdirmişdir.

Birgə Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir. Hazırda Azərbaycan ilə Çin arasında bərpaolunan enerji istehsalı istiqamətində əməkdaşlıq getdikcə genişlənir. İndiyədək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. Qeyd edək ki, yaşıl enerji ilə bağlı layihələr Azərbaycanın iqtisadiyyatına mühüm perspektivlər vəd etməklə böyük önəm daşıyırlar. Bu gün icra fazasında olan müqavilələr ölkəmizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Başqa sözlə desək, beş ildən sonra Azərbaycan demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacaq və elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracaq. Elektrik enerjisi bərpaolunan enerji resurslarından əldə ediləcək və qənaət olunan təbii qaz beynəlxalq bazarlara ixrac ediləcək.  Beləliklə, ölkəmizin bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsətlər var. Çünki bu məsələ Azərbaycanın strategiyasına və Çinin gündəliyinə kifayət qədər uyğundur.

Əldə olunan daha bir önəmli nailiyyət kimi ölkələrimiz arasında viza rejiminin aradan qaldırılmasını göstərmək olar. Bu gün artıq hər bir pasport sahibi, hər bir sıravi vətəndaş sadəcə bilet alıb hər iki istiqamətdə səfərlər edə bilər. İlk olaraq Azərbaycan keçən il birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etdi. Bu, ilk dəfə idi ki, baş verirdi. Məsələ bundadır ki, əvvəllər bu, həmişə ikitərəfli əsasda baş verirdi. Lakin bu məsələdə Çinə xüsusi münasibət göstərildi. Azərbaycan bu halda öz dostluğunu və səmimiliyini nümayiş etdirdi. Bu gün isə analoji addım artıq Çin hökuməti tərəfindən də atıldı. Əlbəttə ki, bu qərar hər iki istiqamətdə turizmin inkişafına da böyük töhfədir. Eyni zamanda da xalqlarımız bir-birilərini daha yaxından tanımaq imkanı əldə edəcəklər və bu da ölkələrarası münasibətlərin inkişafına çox müsbət təsirini göstərəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Aprel 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see324

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see277

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see222

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see193

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see175

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see149

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see141

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri