Icma.az
close
up
RU
Suyun qiyməti ARTDI Bakıda bu yerlərdə... +

Suyun qiyməti ARTDI Bakıda bu yerlərdə... +

Icma.az bildirir, News24 portalına istinadən.

Paytaxt Bakının bir çox yaşayış yerlərində yəqin ki, ECOSU aparatlarına rast gəlmisiniz.

Bu aparatlar içməli suyu filtrdən keçirdiyi üçün sakinlərin əksəriyyəti bu sudan istifadəyə daha çox üstünlük verirlər.

Şəhər sakinlərinin Titul.az-a verdiyi məlumata görə təxminən bir həftə olar ki, ECOSU-dan litri 10 qəpikdən doldurduqları suyun tarifi 12 qəpik müəyyən edilib.

Göndərilən fotofaktları da nəzərə alaraq öncə şirkətlə əlaqə saxladıq. Səlahiyyətli şəxs bu tarifi ECOSU olaraq özləri tənzimlədiklərini və şəhərdə harada bu aparat varsa, artıq hər yerdə yeni qiymətlə əhaliyə təklif edildiyini bildirilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu da Titul.az-a açıqlamasında bildirib ki, bu qiyməti məhz ECOSU şirkəti özü tənzimləyib:

"Biz suyu xammal qiymətinə onlara satırıq. Qiyməti isə artıq şirkət özü tənzimləyir".

Xatırladaq ki, Azərbaycanda su tarifləri ən son iki il əvvəl, yəni 2021-ci ilin fevralında bahalaşıb. Bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.

Ondan əvvəl isə suyun qiyməti əhali üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr üçün 35 qəpik, digər inzibati ərazi vahidlərində 30 qəpik, qeyri-əhali üçün 1 manat idi. Tullantı sularının axıdılması qiymətləri əhali üçün 1 kub metrə 15 qəpik, qeyri-əhali üçün 1 manat idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Noyabr 2024 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri