Icma.az
close
up
RU
Süz getsin

Süz getsin

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Akif ABBASOV

(hekayə)
Tofiq köhnə maşınının dalından dəyib, dəyərinə-dəyməzinə satmışdı. Neçə illərdi onu sürürdü. Ayağını yerdən götürsə də, axır zamanlar maşın onu yaman incidirdi. Tez-tez usta yanına gedirdi. Maşın xarab olub gah yolda qalırdı, gah da bir yeri xarab olanda onu düzəldincə əldən düşürdü. Bəzən də əlindən bir iş gəlmədiyindən maşını evinin həyətində qoyub taksi, yaxud avtobusla işə gedirdi. Lap təngə gəlmişdi.

Əlqərəz, canı o köhnə maşından qurtardı.
İndi maşınsız qalmışdı. Satışdan aldığı pulun üstünü düzəldib maşın soraqlaşırdı. Amma “Maşın bazarı”na tək getmək istəmirdi. Dəllallar bir göz qırpımında onu aldada bilərdilər: həm pulda, həm də maşında. Yağışdan çıxıb yağmura düşmək istəmirdi. Odur ki, dostu Vaqifə zəng etdi. Vaqif maşın ustası idi. Ona kələk gələ bilməzdilər. Uzaqdan baxanda maşının əyər-əskiyini görürdü. Gözü öyrəşmişdi. 20-30 ilin ustası idi.
“Maşın bazarı”nda idilər. Hamı yaxşı maşın arzusundadır. Amma yaxşı maşına yaxşı da pul lazım olur. Tofiq ayağını yorğanına görə uzatmaq istəyirdi. Gücü nəyə çatır? Bunu Vaqifə demişdi.
Dəllallar, maşın yiyələri onların yan-yörələrindən əl çəkmirdilər. Vaqif axtarmaqda idi.
Axır ki, bir “Mersedesi”in yanını kəsdirdilər. Vaqif maşını diqqətlə gözdən keçirdi. Hər tərəfinə baxdı. Ayrı-ayrı hissələrindən tutmuş təkərlərinə qədər yoxladı, maşını sürdü. On bir min manata razılaşdılar. Maşın yiyəsi:
- Xeyirli olsun! - dedi. - Şadlıqlara sürəsən!
Tofiq də öz növbəsində:
- Sağ ol, - dedi. - Allah sizin də köməyinizdə dursun!
“Maşın bazarı”ndan çıxdılar. Maşını Tofiq özü sürürdü:
- Səni aparım evə!
Vaqif dinmədi.
- Deyirəm, əvvəlcə səni düşürüm.
Vaqif mızıldadı:
- Hə, hə, düşüm, işlərim var.
Tofiq:
- Bizim arvad maraqlansa, deyəcəm maşını 11 min 500 manata almışam. Birdən səndən xəbər alsa, sən də təsdiq edərsən.
Vaqif bir söz demədi, susub getdi. Nədənsə qanı qaralmışdı...
...Həmin vaxtdan bir-iki ay ötmüşdü. Zəng gəldi. Vaqif baxdı. Tofiq idi. Vaqif cavab verdi:
- Eşidirəm.
Tofiq:
- Maşına elə bil çər dəyib...- dedi.
- Yaxşı, gəlib baxaram. Hardasan?
- Yasamalda. “Qədim Qəbələ” restoranının yanında dayanıb durmuşam.
Vaqif özünü çatdırdı. Maşının o yanına, bu yanına baxandan sonra gülməkdən uğundu:
- Birinci dəfədir maşın sürürsən? – deyə soruşdu.
Tofiq:
- Nə olub ki?
- A kişi, bundan ötrü usta çağırarlar?! Şamlardır. Ərp bağlayıb. Əsgi gətir təmizləyim.
Az sonra:
- Hə, düzəldi. Süz getsin!
Tofiq qulaqlarına inanmadı: “Bu nə deyir? Süz getsin???”
Üzünü Vaqifə tutaraq:
- Deyirsən sürüm gedim?
Vaqif ciddi:
- Hə, qardaş, - dedi. – süz getsin.
Tofiq çaşıb qalmışdı:
- Yəni deyirsən düzəlmədi?!
- Yox, düzəlib, ona görə “Süz getsin” deyirəm.
Tofiq çiyinlərini çəkdi:
- Bəs niyə süz?
Vaqif aydınlıq gətirdi:
- Bura bax, sən maşın alanda mən can qoydum. Hərtərəfli yoxladım. Sürüb baxdım. Maşına verdiyin pulun üstünə 500 manat da qoyub arvadına həmin qiyməti dedin. 500 manat qabağa düşdün. Elədir?
- Elədir.
- Məni isə nə evinə dəvət etdin, nə də restorana aparıb, maşını yumadın. Nə az, nə çox məni, iki tikə kababa, 50-100 qram arağa qonaq edəcəkdin də. Adət var, ənənə var. Belə işləri yuyarlar. Elə bildin onunla iş bitdi? Görürsənmi yenə işin düşdü və düzəldi. İndi özün necə başa düşürsənsə, başa düş: maşın işlək haldadır. İstəyirsən sür get, istəyirsən süz get!
Tofiq dostuna baxdı. Axır ki, səhvini başa düşdü. Xəcalətindən onu tər basmışdı.
Bakı, 08.04.2025-ci il
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 Aprel 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see231

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see220

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see218

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see216

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see210

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see204

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see202

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see198

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see193

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see192

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see190

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see187

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see187

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see186

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see185

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see184

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see180

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri