Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanda İnstaqram və Tiktok işləmir

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Süz, Şıxəli, “Qarabağ” vuracaq!

Süz, Şıxəli, “Qarabağ” vuracaq!

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir dəfə dünyagörmüş ağsaqqal kişilərdən biri dedi ki, hansı pulu nəzir deyirsən, onun başından bəla əskik olmur. Nəzirin qəbula yetəndə elə bil qəsdən elə problemlər yaranır, güc-bəla ilə o pulu əlində saxlayırsan. Demək, hansısa bir imtinanın predmeti olmaq, qurban getmək həm bıçaq altında, həm də yaranan əngəllərdən mühafizə kontekstində çox çətin məsələdir.

Qurban olmaq qədər çətin məsələdir… Qurban Qurbanovu deyirəm. O, dünən “Qarabağ”ın oyunundan sonra ilk açıqlamasında dedi ki, futbolçularım qəhrəmandırlar. Və doğrudan da, dünən Qurban Qurbanovun komandası Çempionlar Liqası naminə döyüşdü, qəhrəman kimi… Dünən “Qarabağ” üçün bilirsiz nə qədər qurban deyilmişdi..?

***
- Şıxəli, neçə yaşın var?

- 20.

***

“Matçdan sonra futbolçulara dedim ki, “Qarabağ”ın qələbəni necə bayram etdiklərinə baxsınlar. Azərbaycan klubu artıq mərhələni keçdiyinə inanır. Bu bizi cavab oyunu üçün həvəsləndirməlidir”.

Bunu “Ferentsvaroş”un baş məşqçisi Robbi Kin avqustun 20-də demişdi. Onda “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Ferentsvaroş”a 3-1 hesabla qalib gəlmişdi. Bu qeyri-təvazökar və el dili ilə desək, “yekəxana” açıqlama veriləndə “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə keçəcəyinə şübhə qalmamışdı. 

Macarıstanlılar mərd və ictimai-siyasi baxımdan bizə həmrəy insanlardır. Prezident İlham Əliyev Ramil Səfərovu işğalda olan torpaq misalı məhkəmənin, dustaqlığın cəngindən alıb Vətənə gətirəndə Macarıstan adekvat mövqe sərgiləmişdi. Hətta Macarıstan Azərbaycanın Avropa İttifaqındakı bir nömrəli dostu adını da qazanıb. 

Amma macarların böyüklüyünü özündə ehtiva edən tamam başqa nəsnə var:

Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi, Osmanlıların son Buda (Macarıstanın şəhəri) bəylərbəyi Əbdürrəhman Abdi Paşa 1686-cı ildə Buda qalasının mühasirəsi zamanı həyatını itirib. Sonralar macarlar onun qəhrəmanlığını unutmayıblar və öldüyü yerə bir xatirə daşı qoyublar. Daş üzərində belə bir cümlə var:

“O, qəhrəman bir düşmən idi, rahat uyusun!”

Robbi Kinin saymazyana açıqlamasına görə macarlara kin bəsləməyə ehtiyac yoxdur. Lakin Qurban Qurbanov və komandası dünən gecə stadionda “qəhrəman düşmən” kimi mübarizə aparmağı bacardı. 

Qurban Qurbanov macar komandasının qəhrəman düşməni oldu.

***

– Şıxəli, azərbaycanlısan?

– Yox, metisəm – atam rus, anam ləzgi...

***
Azərbaycanın hansısa güləşçisinin haradasa çempion olmağı da yaxşıdır, bir cüdoçunun hansısa beynəlxalq uğuru da sevindiricidir, şahmatçımızın kimisə mat eləməyi də riqqətləndirir... Amma “Qarabağ”da izaholunmaz başqa bir güc var. Onun sevindirmək dozası həm adındakı doğmalıqla, həm də komanda olaraq xasiyyəti ilə bağlıdır. Qurban Qurbanov o qədər də böyük olmayan imkanlarla, məntiqi, soyuqqanlılığı və peşəkarlığı ilə meydana xalqı sevindirən komanda çıxarmağı bacarıb. Azərbaycanlıların sevinməyə həmişə ehtiyacı olub. Bu ehtiyac son illər “Qarabağ” adı ilə təmin edilir. 

Qurban Qurbanov oyundan sonra kanalların birinə müsahibə verəndə səsinin batdığının şahidi oluruq. Oyundan sonra küçəyə çıxırıq, satıcı ilə, taksi sürücüsü ilə, məhəllədəki gözətçi ilə söhbət edirik, görürük hamının səsi Qurbanın səsinə çevrilib, Qurbanın səsinə oxşayır. 

“Qarabağ” azərbaycanlıların səsini batırır, sevincdən qışqıranda...

***

– Süz, Şıxəli, süz, “Qarabağ” vuracaq!

– Bilirəm...

Şıxəli müştərinin qədəhinə şərab süzüb hər dəfə Qarabağın vuracağını təsdiqlədikcə oyun bir az da qızışırdı. Nəriman ötürmə edəndə isə hamının ürəyinə su çiləndi.

Sağ ol, “Qarabağ”, süz, Şıxəli!

Nadir Yalçın


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Avqust 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1054

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see360

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see357

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see276

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see268

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see262

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see245

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see243

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see225

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see221

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see213

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see208

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see199

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see193

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see182

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see176

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see175

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri