Icma.az
close
up
RU
Şvıdkoyun Azərbaycan haqqında dedikləri məntiqdən məhrum olduğunu göstərir Deputat

Şvıdkoyun Azərbaycan haqqında dedikləri məntiqdən məhrum olduğunu göstərir Deputat

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“RF prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun guya Azərbaycanda rus mədəniyyətinin ləğv edilməsi barədə verdiyi açıqlama hər cür məntiqdən məhrumdur. Rusiyanın Azərbaycanla mədəni əlaqələrini koordinasiya edən səlahiyyətli şəxs kimi Mixail Şvıdkoy hamıdan yaxşı bilir ki, Azərbaycanda rus mədəniyyətinin simvolları nələrdir və cəmiyyətin rus mədəniyyətinə və ümumiyyətlə yad mədəniyyətlərə münasibəti nədən ibarətdir. Uzun illər ərzində Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən qayğını digər ölkələr üçün örnək göstərmiş Mixail Şvıdkoyun bu gün tərsinə danışması və öz- özünü təkzib etməsi onun artıq mədəniyyətə yox, siyasətə xidmət etdiyini göstərir. Bu davranış onun özü haqqında yaratdığı mədəniyyət xadimi obrazını darmadağın edir və onu mədəniyyət dərisinə girmiş siyasi dəllal kimi ifşa edir”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, Mixail Şvıdkoy yaxşı bilir ki, Rusiyada hələ XVIII-XIX əsrlərdə pravoslav dininin ayrı-ayrı təriqətlərinə sitayiş edən rus icmaları öz ölkələrində ciddi təqiblərə məruz qalır, marginallaşdırılır və hətta ölkədən sürgün edilirdilər. “Hələ o zaman bir sıra rus icmaları Azərbaycanda özlərinə sığınacaq tapıb və məhz burada öz adət-ənənələrini qoruyub saxlamaqla sərbəst və rahat yaşamaq imkanı əldə etmişdilər. Öz mədəniyyəti içərisində cüzi fərqliliyə görə öz xalqının nümayəndələrinə bu cür düşmən münasibət sərgiləyən bir dövlətin bu günkü məmurunun başqa dövlətləri mədəniyyətləri sıxışdırmaqda günahlandırmaq cəhdləri yalnız gülünc doğura bilər”.

Deputat əlavə edib ki, Azərbaycan qədim türk torpağıdır: “Tarixdən hamıya, o cümlədən Mixail Şvıdkoya yaxşı məlumdur ki, tarixən türklərin hakim olduğu bütün ərazilərdə, o cümlədən Azərbaycanda bütün mədəniyyətlərin nümayəndələri müsəlmanlarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Heç bir xalqın dili, dini inancları, adət-ənənələri diskriminasiyaya məruz qalmayıb. Ona görə də bu gün Azərbaycan bütün dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Ona görə də dünyanın müxtəlif ölkələrinin, o cümlədən Avropanın bir sıra universitetlərində “Azərbaycan multikulturalizmi” öyrənilir və təbliğ edilir. 

Təəssüf ki, bu kontekstdə Rusiya haqqında xoş bir söz demək, müsbət bir nümunə göstərmək mümkün deyil. Öz vətəndaşlarını etnik mənsubiyyətinə görə fərqləndirən və məhz rus kökənli olmadığına görə cəzalandıran Rusiya Federasiyasında yüksək vəzifə daşıyan bir məmurun başqa bir ölkədə, xüsusilə Azərbaycanda mədəni mühit haqqında fikir yürütməsi absurddur.

Konkret olaraq Xankəndi şəhərində Ayvazovskiyə qoyulmuş büstün ləğv edilməsi isə 30 ildən çox davam etmiş işğalın nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Mixail Şvıdkoyun nəzərinə çatdırıram ki, 2020-ci ildə Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin mandatı ərazidə təhlükəsizliyin qorunması ilə bağlı olub. Müvəqqəti yerləşdirildikləri Azərbaycan ərazisində hər hansı bir mədəniyyət abidəsinin ucaldılması onların səlahiyyəti çərçivəsində olmayıb və Rusiya sülhməramlı qüvvələri Ayvazovskiyə abidə qoyulması layihəsini Azərbaycanın müvafiq dövlət və mədəniyyət qurumları ilə razılaşdırmayıb. İşğal olunmuş ərazilərdə qeyri-qanuni olaraq tikilmiş bütün digər obyektlər kimi, Ayvazovskinin adına abidə qoyulması da qeyri-qanunidir və ləğv olunmağa məhkum idi. 

Mixail Şvıdkoy isə bu hadisəyə münasibət bildirməzdən əvvəl öz-özündə belə bir suala cavab axtarmalı idi: Azərbaycan əsgəri Sankt-Peterburqa gəlib Rusiya dövlət orqanları ilə razılaşdırmadan orada Nizamiyə, Nəsimiyə və ya Səttar Bəhlulzadəyə abidə qoya bilərdimi? Bu sula müsbət cavabı yoxdursa Mixail Şvıdkoy “tanımadığı kola girməməli” idi.

Nəhayət, aydın məsələdir ki, Şvıdkoy bu açıqlamanı verməklə öz beyninin məhsulunu dilə gətirməyib. O sadəcə xidmətində durduğu səlahiyyət sahiblərinin mesajını səsləndirib. Bu rolda isə Mixail Şvıdkoy hər hansı bir dövlət məmuruna yox, küsülülər arsında söz aparıb-gətirən uşağa bənzəyir. Ruslar özləri belələrinə “xüsusi nümayəndə” yox, “мальчик на побегушках” deyir”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Avqust 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see300

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see223

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri