Sxadadze: “Hər oyun döyüşməliyik ki, xallar qazanaq”
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Premyer Liqasının XXI turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Çox danışmayacağam. Hər iki komanda yüksək səviyyədə oyun sərgilədi. Bu mövsüm üçüncü dəfə penaltini vura bilmirik. Məşq prosesində bunun üzərində işləyirik, amma oyunda alınmır. Futbolçuların mübarizəsindən razı qaldım. Belə işləsək, mövsümün sonuna kimi daha çox xal toplayacağıq.
– Penalti məsələsini həll etməyin nəsə yolu var?
– Bu, psixologiya məsələsidir. Ba Lua yüksək səviyyəli, təcrübəli oyunçudur. Futbolda belə hallar olur. Belə anlarda psixologiya mühümdür. İndi elə vəziyyətdəyik ki, hər oyun xal qazanmalıyıq, bu da futbolçulara təsir göstərir. Futbolçularıma təşəkkür edirəm. “Sumqayıt” yaxşı komandadır. Baxımlı oyun oldu. Belə komandalara qarşı oynamaq xoşdur. Biz də meydanda oyun göstərməyə çalışdıq. Qol olmasa da, zövq alınası oyun oldu. Penalti vurmağı da öyrənsək, daha yaxşı olacaq.
– Qış fasiləsində komandanı istədiyiniz kimi formalaşdıra bildiniz?
– Heyəti gücləndirdik. Bəzi oyunçular komandaya gec qoşulsa da, uyğunlaşa bildilər. İndi müdafiədə də yaxşı oynamağa başlamışıq. Qışdan əvvəl arxa xətdə problemlər var idi. Hazırda həm hücumda, həm müdafiədə yaxşı çıxış edirik. Hər oyun döyüşməliyik ki, xallar qazanaq, mövsümü istədiyimiz yerdə bitirək.
– AFFA Hakimlər Komitəsi “Sabah”la oyunda sayılmayan qolun izahını verib. Bundan razı qaldınız?
– Oyun artıq bitib. Qərara hörmətlə yanaşıram. Amma mənə elə gəlir, qol var idi.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 20 Fevral 2026 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















