Sxadadze: “Seleksiya işində səhv etdik, bəzi futbolçuları U 19 a göndərəcəyəm”
Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasının VIII turu çərçivəsində “Şamaxı” səfərdə “Qəbələ”yə 1:0 hesabı ilə məğlub edib.
İdmanxeber.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Şamaxı”nı qələbə münasibətilə təbrik edirəm. Oyun haqda çox danışmaq istəmirəm. Qol epizodlarımız çox idi. Böyük üstünlüyümüz var idi. Amma imkanlardan yararlana bilmədik. Ehtiyat skamyamız güclü deyil. Komanda pis oynayır? Fiziki, yoxsa taktiki sarıdan pisdir? Maksimumu edirik. Səhvlər edirik, qapımızda qol görürük. Özümü heç günahlandıra bilmirəm. Komanda funksional və taktiki sarıdan hazırlıqlıdır. Futbolçu 2 metrdən qol vura bilmirsə, onun əvəzinə vurmayacam ki. Güclənməyimizə ehtiyac var. İkinci hissədə meydanda bir komanda var idi”.
– Yayda seleksiya işində səhvlərə yol vermisiz?
– Seleksiya işində səhvlərə yol verdik. Daha da güclənməliyik. Bəzi futbolçular var ki, Premyer Liqa səviyyəsində deyillər, U-19 komandasına göndərəcəm. Bunu etiraf etməliyik. İkinci hissədə kimi meydana buraxaq? Allah qoysa, hər şey yaxşı olar, güclənərik və hər şey daha yaxşı olar. Böyük klublarda oynamışam. “Mançester Siti”də oynamışam. Oyundan sonra hər zaman futbolçuya dəstək olurdular. Sona qədər dəstəyini göstərirdi. Biz də, onlar da öyrənməliyik. Azarkeş komandanın arxasında dayanmalıdır. Komandamız oyun göstərir. Buna görə də panikaya düşməli deyilik. Sadəcə oyunun gedişində güclənə bilmirik. Ehtiyatda olanlar yerli gənclərdir.
– Milli fasilə zamanı heyəti gücləndirəcəksiz?
– İndiki vaxtda hansı futbolçunu tapmaq olar? Əgər hansısa futbolçu komandasızdırsa, hansı durumda olacaq? Mövsüm mayda başa çatıb və hazırda oktyabrdır. Biz varlı klub deyilik. İstəyirik ki, bu dəqiqə güclənək. Amma dediyim kimi, o futbolçu hansı durumda olacaq? Səhvimizi etiraf edirik. Dekabrda güclənəcəyik. Bu da olmasa, çətin olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 05 Oktyabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















