T3 Fondu nun sədri: Texnofest Azərbaycan dan sonra minlərlə tələbə bu yarışlara müraciət edib
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Texnofest Azərbaycan"dan sonra minlərlə tələbə bu yarışlara müraciət edib və bu əməkdaşlıq Azərbaycan və Türkiyə arasında münasibətlər üçün çox faydalı, digər dövlətlər üçün də yaxşı nümunə olub.
Oxu.Az xəbər verir ki, bunu "Report"un Şimali Kiprə ezam olunmuş müxbirinə açıqlamasında Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) direktorlar şurasının sədri Elvan Kuzucu Hıdır bildirib.
Onun sözlərinə görə, "T3 Fondu"nun layihələrindən biri Türkiyədə fəaliyyətə başlayan "Elm Mərkəzləri"dir:
"Hazırda Türkiyə daxilində 20-dən çox belə mərkəz var. Ölkənin hüdudlarından kənarda da bu cür mərkəzləri qurduq. Bunlar Azərbaycan, Şimali Kipr, Monteneqro və Qırğızıstandadır. Biz, xüsusilə qardaş ölkələrlə əməkdaşlığı genişləndirərək bu tip layihələri daha çox tanıtmaq istəyirik".
K.Hıdır qeyd edib ki, bu mərkəzləri ziyarət edən tələbələr digər iştirakçıların layihələrini görüb, bu ekosistemin bir hissəsi olmaq istəyəcəklər:
"Nəticədə, növbəti il onlar da öz layihələri ilə "Technofest" və digər beynəlxalq layihələrə qatılacaqlar. Bu təcrübəni Azərbaycanda gördük".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 May 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















