Icma.az
close
up
RU
“Tablolarda nağıllar” mövzusunda sərgimüsabiqənin yekun tədbiri keçirilib AZƏRTAC

“Tablolarda nağıllar” mövzusunda sərgimüsabiqənin yekun tədbiri keçirilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 dekabr, Mikayıl Məmmədov, AZƏRTAC

Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunmuş “Tablolarda nağıllar” gənc rəssamların yaradıcılıq sərgi-müsabiqəsinin yekun tədbiri keçirilib.

“Mən şadam ki, sərgidə əsərləri nümayiş olunan gənc rəssamlar öz yaradıcılıqlarında məhz Səttar Bəhlulzadə irsini örnək seçiblər”, - deyə tədbirin açılışında Azərbaycanın mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov vurğulayıb.

AZƏRTAC xəbər verir ki, sərgi-müsabiqə Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə baş tutub.

Cahangir Səlimxanov Səttar Bəhlulzadə irsinin müasir gənclər və təsviri sənətin inkişafı üçün əhəmiyyətindən bəhs edib: “Səttar Bəhlulzadə həmişə gəncləri öyrədib. O, öz təcrübəsini gənclərlə səxavətlə bölüşürdü. Mən onun sənət əsərlərində olan enerji və əhvali-ruhiyyəni sizin də işlərinizdə görməyi çox istərdim”.

Daha sonra çıxış edən Xalq rəssamı Ağaəli İbrahimov və Əməkdar rəssam Ziyadxan Əliyev xatirələrini bölüşüb, dahi rəssam Səttar Bəhlulzadənin Azərbaycan rəssamlıq tarixindəki rolundan danışıblar.

Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli gənc rəssam nəslinin formalaşması üçün müsabiqənin əhəmiyyətindən bəhs edib.

“Sevindirici haldır ki, gənc rəssamlar öz yaradıcılıqlarını, ideyalarını və bacarıqlarını nümayiş etdirmək üçün müsabiqədə iştirak ediblər. Bu sərgi onlar üçün əsl yaradıcı ab-hava yaratdı. Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, eləcə də Azərbaycan Dövlət Rəsm Qalereyası gənc rəssamlara daim dəstək olur”.

 “Tablolarda nağıllar” sərgi-müsabiqəsində “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları, “Məlik Məmməd”, “Göyçək Fatma”, “Tıq-Tıq” Xanım”, “Cırtdan” və digər xalq nağılları əsasında yaradılmış, eləcə də müxtəlif mifoloji obrazları əks etdirən 40-dan çox əsərlə 30-dan çox gənc rəssam iştirak edib. Bundan əlavə, gənc rəssamlar klassik ədəbiyyatdan mövzulara müraciət ediblər.

Müxtəlif üslublarda yazılan əsərlərdə xeyirlə şərin mübarizəsi, fəzilət və nəcib əməllərin əbədi mövzusuna toxunulub. Rəssamlar nağılların sehrini kətan üzərinə köçürməyə nail olublar.

Qaliblərin əsərlərini Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilovun rəhbərlik etdiyi münsiflər heyəti qiymətləndirib. Münsiflər heyətinə Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar rəssam Ziyadxan Əliyev və sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova daxil olub.

Nərmin Abdullayeva birinci, Röya Həsənova ikinci, Elçin Hüseyn isə üçüncü yeri tutub. Qaliblərə pul mükafatları və diplomlar təqdim olunub. Əsərləri xüsusi qiymətləndirilən iştirakçılar fəxri fərmanlarla, qalan iştirakçılar isə sertifikatlarla təltif olunublar.

Sərgi-müsabiqənin kuratoru Azərbaycan Rəssamlar İttifaqının üzvü sənətşünas Dürdanə Qurbanova olub.

Nərmin Abdullayeva AZƏRTAC-ın müxbiri ilə söhbətində müsabiqədə qalib gəlməyinin təəssüratlarını bölüşərək deyib: “Qələbəm mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Axı bu sərgi dahi ustadımız, Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunub. Mən uşaqlıqdan onun yaradıcılığına heyran olmuşam, yaradıcılığından ilham alıram və rəng palitrasına heyranam. Sərgidən xəbər tutan kimi vaxt itirmədən yeni əsərlər üzərində işləməyə başladım.

Nağıllar ən çox sevdiyim mövzulardan biridir, ona görə də hansı nağılları əsas götürəcəyimi seçmək mənim üçün çətin idi. Bir neçə fikrim var idi, amma vaxtım az olduğu üçün Abdulla Şaiqin “Tülkü həccə gedir” şeirinə maraqlı illüstrasiya hazırlamağı qərara aldım.

Bundan əvvəl bir neçə kitabın illüstrasiyası üzərində işləmişəm. Uşaqlarla işləməkdən və uşaq kitabları üçün illüstrasiyalar yaratmaqdan zövq alıram”.

Qeyd edək ki, sərgi dekabrın 15-dək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Dekabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri