Tacikistan Prezidenti yeni müdafiə naziri təyin edib
Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.
Emomali Sobirzoda Tacikistanın yeni müdafiə naziri təyin edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" Tacikistan mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncamı ölkə Prezidenti Emomali Rəhmon imzalayıb.
Yeni təyinata qədər E.Sobirzoda müdafiə nazirinin birinci müavini olub.
2013-cü ildən Tacikistan Müdafiə Nazirliyinə rəhbərlik edən Şerali Mirzo isə hökumət yanında Dövlət Sirrinin Mühafizəsi İdarəsinin rəhbəri təyin edilib.
Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsini Bobocon Saidzoda icra edəcək.
Baxış sayı:73
Bu xəbər 23 Yanvar 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















