Tacikistanda Azərbaycan Qədim Musiqi Alətləri Ansamblının konserti böyük maraqla ilə qarşılanıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 22 may, AZƏRTAC
Tacikistanın Danqara şəhərində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində daha bir konsert proqramı təşkil olunub. Bu dəfə səhnəyə Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı çıxıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konsertdən əvvəl Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov və Tacikistanın Danqara şəhərinin icra hakimiyyəti başçısı Sijoydin Salomzade çıxış ediblər.
Daha sonra Qədim Musiqi Alətləri Ansamblı rəngarəng musiqi proqramı ilə çıxış edib. Bir-birindən maraqlı musiqi nömrələri ilə zəngin musiqi kompozisiyası yerli tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Bişkekdəki Manas” Milli Teatrında Qədim Musiqi Alətləri Ansamblının konserti keçirildi FOTOLAR
24 Aprel 2025 17:26
Gəncədə “İrəvan” Xalq Çalğı Alətləri ansamblının konserti keçirilib
13 Mart 2025 18:46
Bu ölkədə musiqi alətləri yandırıldı
29 May 2025 04:04
“Eşq” ansamblının konserti keçirilib Fotolar
20 İyun 2025 23:12
Azərbaycan muğamı Belçikanın Musiqi Alətləri Muzeyində ifa edilib FOTO
17 Dekabr 2024 22:57

