Icma.az
close
up
RU
Tahir Bəxşiyev: “Finlandiya və Gürcüstan göstərdi ki, qələbə istəkdən keçir. Biz meydanda hər santimetr uğrunda vuruşmalıyıq” İDMAN,BİZ ə MÜSAHİBƏ

Tahir Bəxşiyev: “Finlandiya və Gürcüstan göstərdi ki, qələbə istəkdən keçir. Biz meydanda hər santimetr uğrunda vuruşmalıyıq” İDMAN,BİZ ə MÜSAHİBƏ

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın basketbol millisi Avropa çempionatının ilkin seçmə mərhələsinə geri sayımı başlayıb. Yığmamız artıq ilk raunddakı rəqiblərini tanıyır və onların arasında köhnə tanışlar da var. Baş məşqçi Tahir Bəxşiyev İdman.biz-ə verdiyi müsahibədə püşkün nəticələrini, hazırlıq planlarını və məşqçilik fəlsəfəsini bölüşüb.

– Avropa çempionatının ilkin mərhələsinin püşkünü dəyərləndirərdiniz?

– Rəqiblərimiz kifayət qədər güclüdür. Şimali Makedoniya hər zaman yaxşı basketbolla tanınıb. Lüksemburq isə son on ildə böyük irəliləyiş göstərib və əvvəllər asanlıqla məğlub etdiyimiz komanda deyil. İrlandiya ilə dəfələrlə qarşılaşmışıq. Ötən il dünya çempionatının seçməsində onlara qalib gələ bilmədik, amma mən həmişə nikbinəm. Düzgün hazırlaşsaq və istəkli olsaq, qələbə qazana bilərik.

– İlk oyunlar noyabrda keçiriləcək. Hazırlıq planınız varmı?

– İlkin plan yox idi, ona görə də kiminlə oynayacağımızı görmək üçün püşkatmanın nəticələrini gözləməli olduq. İndi məlumatları təhlil edəcəyik və toplayacağıq. Belə vəziyyətlərdə hər şey həmişəki kimi olur. Əsas odur ki, oyunçular 100 yox, 150 faiz güclə mübarizə aparsınlar.

- Son seçmə mərhələdə Kosovoya qalib gəldik. Qarşıdakı seçmə mərhələdə hansı nəticə bizim üçün məqbul olacaq?

- Oyundan-oyuna getməliyik, hər görüşdə qələbə qazanmağa çalışmalıyıq. Sonra nəticə gələcək. İndi rəqibləri yaxından öyrənəcəyik. Əgər biz irlandlarla az-çox tanışıqsa, o zaman digərlərinə daha yaxından nəzər salmalıyıq.

- Gəlin rəhbərlik etdiyiniz NTD klubundan danışaq. Mövsümə hazırlıq necə gedir?

- Artıq məşqlərə başlamışıq. Hazırda komandada üç legioner var, Hələ bütün legionerlər komandaya qatılmayıb. Yaxın günlərdə daha bir oyunçu qoşulacaq.

- Amerikalı Ladarius Marşal komandaya tarnsfer olunub. Başqa hansı möhkəmləndirmələri gözləyə bilərik?

- Əlimizdə olan dörd legioner transferindən əlavə, daha iki legioner transferini rəsmiləşdirməyi planlaşdırırıq. Mövsümə yerli oyunçuları cəlb etməklə siyahıda altı əcnəbi basketbolçu ilə başlayacağıq.

- Yeni mövsüm üçün hədəflər nədən ibarətdir?

- Mən həmişə demişəm və bundan sonra da deyəcəyəm ki, NTD iddialı klubdur. Bəli, ABL-in bir sıra komandalarının böyük büdcəsi var, bunu hamı bilir - “Sabah”, “Neftçi”, “Abşeron Lions” avrokuboklarda çıxış edəcək. Amma biz həmişə kuboklar üçün mübarizə aparmışıq, ona görə də bu planlarda heç bir dəyişiklik yoxdur. Bəli, çətin olacaq, amma çalışacağıq.

- Sözsüz ki, işlədiyiniz illər ərzində öz məşqçilik fəlsəfənizi inkişaf etdirmisiniz. Bunu formullaşdıra bildinizmi?

- Bir basketbolçu kimi məni məşqçilik karyeramda sadiq qaldığım istək idarə edirdi. Bu, qələbə qazanmaq üçün böyük bir istəkdir. Əsas odur ki, emosiyaya qapılmadan, ağılla oynayasan, amma qələbə əzmini itirməyəsən. Avropa çempionatında isə Finlandiya və Gürcüstan göstərdi ki, bu keyfiyyətə görə çox şeyə nail olmaq mümkündür, hətta Fransa, Serbiya kimi rəqibləri məğlub etmək olar. Bəli, yaxşı basketbol nümayiş etdirdilər, əla oyunçuları var. Lakin finlərlə gürcülərin yalnız daha çox istədikləri üçün qalib gəldiklərini söyləmək mümkün deyil. Əsas fərq meydandakı əzmkarlıq idi. Çoxları belə nəticəyə inanmırdı, çünki fransızlar və serblər favorit hesab edilirdi. Lakin bütün bunlara baxmayaraq, rəqiblər fədakarlıqları sayəsində qalib gələ bildilər. Bu, sübut edir ki, əsas olan adlar deyil.
Bəlkə bizdə də - Azərbaycan yığmasının rəqibləri daha güclü görünür - həm kağız üzərində, həm də statistikaya görə. Amma biz buna baxmamalıyıq. Biz meydana çıxmalıyıq, nə edəcəyimizi bilməliyik, tam gücümüzlə oynamalıyıq. Sonra nəticə olacaq. Amma ən əsası qələbə istəyi, meydanda hər santimetr üçün mübarizə aparmaqdır.

Zəki Feyzullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Sentyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri