Icma.az
close
up
RU
Tahir Budaqov Vyetnamda siyasi partiyalarla bağlı tədbirdə iştirak etdi FOTOLAR

Tahir Budaqov Vyetnamda siyasi partiyalarla bağlı tədbirdə iştirak etdi FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Vyetnamdakı səfirliyinin təşkilatçılığı ilə Hanoyda "Strateji tərəfdaşlıq - siyasi partiyaların aparıcı rolu" mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Vyetnamın dövlət və hökumət rəsmiləri, diplomatik missiya təmsilçiləri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, Azərbaycanda təhsil almış vyetnamlı məzunlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Vyetnamdakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə iki ölkə arasında tarixi köklərə əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb. O, 1959-cu ildə Vyetnam xalqının öndəri Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Vyetnama səfərlərinin xalqlarımız arasında münasibətlərin və ölkələrarası əməkdaşlıq əlaqələrinin qurulmasında müstəsna rol oynadığını deyib. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ötən ilin may ayında Azərbaycana səfərini xatırladan səfir iki ölkə arasında münasibətlərin uğurla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam Kommunist Partiyasının (VKP) 14-cü qurultayının uğurla baş tutması münasibətilə təbriklərini çatdırıb.

Tahir Budaqov qeyd edib ki, müdrik dövlət xadimi Heydər Əliyev istər SSRİ dönəmində, istərsə də Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizə rəhbərlik etdiyi zaman Vyetnam ilə münasibətlərin inkişafına böyük önəm verib. Onun sözlərinə görə, Heydər Əliyev siyasətini müasir çağırışlara uyğun zənginləşdirərək uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Vyetnamla əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirir: "İki ölkənin fəal siyasi dialoqu tərəflər arasında çoxşaxəli işbirliyinin genişlənməsini şərtləndirir. Bu gün etibarlı strateji tərəfdaşlar olan Azərbaycan ilə Vyetnam qlobal müstəvidə bir-birinin maraqlarının müdafiəsinə böyük əhəmiyyət verirlər".

YAP Sədrinin müavini strateji tərəfdaşlıq münasibətlərinin irəliyə aparılması üçün ayrı-ayrı qurumların üzərinə mühüm vəzifələrin düşdüyünü, bu kontekstdə sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Tahir Budaqov daimi təmasların istər ölkələr, istərsə də siyasi partiyalar arasında münasibətlərin inkişafına mühüm töhfələr verdiyini söyləyib. Qarşılıqlı səfərlərin önəminə diqqəti cəlb edən YAP Sədrinin müavini Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini deyib: "2023-cü ildə YAP ilə VKP arasında imzalanmış Əməkdaşlıq Sazişindən irəli gələn vəzifələrin icrası istər partiyalarımız, istərsə də ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir".

Tahir Budaqov milli maraqlara əsaslanan birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.

Vyetnam Milli Statistika İdarəsinin baş direktoru Nguyen Thi Hong inkişaf yolunda əmin addımlarla irəliləyən hər iki ölkənin dostluq və tərəfdaşlıq münasibətlərini birgə səylərlə daha da gücləndirmək əzmində olduqlarını vurğulayıb. O, Azərbaycan ilə Vyetnamın müxtəlif sahələrdə işbirliyini genişləndirməsinin vacibliyinə toxunaraq statistika qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Nguyen Thi Hong 2024-cü ilin dekabr ayında Bakıda imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”ndan irəli gələrək sistemli fəaliyyətin həyata keçirildiyini söyləyib. O, bir neçə gün əvvəl statistika sahəsində 2026-2028-ci illər üçün İş Planının imzalanmasının qurumlararası əlaqələri daha da dərinləşdirəcəyinə əminliyini bildirib.

Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Dang The Vin Azərbaycan-Vyetnam münasibətlərinin yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğunu söyləyib. O, vaxtilə Azərbaycanda təhsil almış vyetnamlı gənclərin bir çoxunun Vyetnamın ictimai-siyasi həyatında fəal rol oynadıqlarını, iki xalq arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verdiklərini bildirib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Yanvar 2026 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see397

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see247

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see172

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see146

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri