Icma.az
close
up
RU
Tahir Gözel: “Azarkeşlər daha güclü “Qarabağ” görəcək”

Tahir Gözel: “Azarkeşlər daha güclü “Qarabağ” görəcək”

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Avropa Liqasının Liqa mərhələsinin startı ərəfəsində klubun rəsmi saytına açıqlama verib.

Futbolpress.az xəbər verir ki, o, İngiltərənin paytaxtı Londonda keçiriləcək “Tottenhem” – “Qarabağ” matçı barədə fikirlərini açıqlayıb:

“Komandamız ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində mübarizəyə başlayacaq. İlk oyunumuz futbolun vətəni sayılan İngiltərədə keçiriləcək. Dünyanın ən güclü futbol liqasının İngiltərə Premyer Liqası olduğuna heç kim şübhə etmir. Bu çempionatda öz sözünü deyə bilən, adlı-sanlı bir rəqiblə qarşılaşacağıq. “Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır. Amma komandamın hər bir futbolçusuna, heyətin hər bir üzvünə inanıram. Onlar belə güclü rəqiblərlə görüşlərdə həmişə qəhrəman kimi mübarizə aparıblar. Londondakı görüşün nəticəsindən asılı olmayaraq, futbolçularımızın meydanda vuruşacağına, sonadək mübarizə aparacağına inanıram. Bu, hələ ilk oyundur, qarşıda daha uzun yol qət edəcəyik”.

Klubun prezidenti avrokubokların bu ildən yeni formatda keçirilməsinə də toxunub:

“İlk dəfə avrokubokların əsas mərhələsi yeni formatda keçirilir. Ardıcıl 10 dəfə mübarizə apardığımız qrup mərhələsini Liqa mərhələsi əvəz edib. Bu, daha çox oyun, daha uzun mərhələ, daha geniş turnir cədvəli deməkdir. Hamının adət etdiyi 4 komandalı cədvəli 36 klubun yer aldığı siyahı əvəz edir. Bu, azarkeşlərə daha böyük maraq, həyəcan gətirəcək. Komandamızın da öncəki turnirlərdə olduğu kimi, yenə azarkeşlərinə həyəcanla yanaşı, sevinc bəxş etməyə, məzmunlu və əzmkar oyunu ilə hər kəsi sevindirməyə çalışacağına inanıram. Liqa mərhələsində bacardığımız qədər yüksək yerlər üçün mübarizə aparacaq, paralel olaraq Premyer Liqa və Azərbaycan kubokundakı titulumuzu qorumağa çalışacağıq. “Qarabağ” azarkeşlərinə hər üç turnirdə sevinc bəxş etmək, klubumuzun adını daha yüksəklərə daşımaq üçün hər şey edəcəyik. Artıq heyətə yeni transferlər də qoşulub və azarkeşlərimiz Liqa mərhələsində daha güclü “Qarabağ” görəcək”.

Tahir Gözel sentyabrın 26-da “Tottenhem”lə keçiriləcək görüşü stadiondan izləyəcəyini, bu vacib görüşdə komandanın yanında olacağını qeyd edib:

“Liqa mərhələsindəki ilk oyunda komandamın yanında olacağam. Londondakı görüşə komandamla yollanacağam və matçı stadiondan izləyəcəyəm. Biz bir komandayıq. Hər birimiz inanırıq ki, futbolun vətənində də gözəl oyun göstərəcəyik. Komandamız səfərdəki görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycan xalqını yenə də qürurlandıracaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 May 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri