Icma.az
close
up
RU
Tahir Gözel: “Bu hekayə hələ yeni başlayır”

Tahir Gözel: “Bu hekayə hələ yeni başlayır”

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Qarabağ”ın prezidenti Tahir Gözel 2025-ci ilin yekunları ilə bağlı fikirlərini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, o, 2025-ci ili “Qarabağ” Futbol Klubu üçün uğurlu il adlandırıb:

“Arxada qoyduğumuz il futbol meydanlarında sevincdən göz yaşlarına, qürurdan həyəcan dolu anlara qədər saysız-hesabsız unudulmaz xatirələrlə yadda qaldı. “Qarabağ” 2025-ci ildə də yalnız nəticələrlə deyil, ortaya qoyduğu xarakter, sarsılmaz iradə və qələbə ruhu ilə öz adını bir daha zirvələrə yazdırdı. 2024/25 mövsümünü böyük uğur və inamla başa vuran komandamız 12-ci dəfə Azərbaycan çempionu olaraq ölkə futbolundakı liderliyini bir daha təsdiqlədi və UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindən etibarən növbəti tarixi yürüşünə başladı.

Təsnifat mərhələlərində meydanda nümayiş etdirilən hər oyun, hər mübarizə və hər son fitə qədər davam edən əzm bizi ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə daşıdı. “Benfika”, “Kopenhagen” kimi Avropanın nəhəng klubları üzərində qazanılan qələbələr təkcə xallar deyil, bütün Azərbaycan futbolu üçün qürur mənbəyinə çevrildi. “Qarabağ” tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanan Azərbaycan təmsilçisi kimi adını futbol tariximizin qızıl səhifələrinə yazdırdı.

Klublararası dünya çempionu olmuş İngiltərə nəhəngi “Çelsi” ilə aparılan möhtəşəm, nəfəs kəsən və qürurverici mübarizə isə bir daha göstərdi ki, “Qarabağ” Avropanın ən güclüləri ilə eyni səviyyədə dayanmaq gücünə malikdir. Qazanılan hər xal, yaşadılan hər an milyonlarla azarkeşimizin ürəyində silinməz iz buraxdı.

Bu uğurlar təsadüf deyil. Hər qələbənin, hər tarixi anın arxasında illərin zəhməti, fədakarlığı, peşəkarlığı və böyük inamı dayanır. Komandamız həm ölkə daxilində, həm də beynəlxalq arenada adına və tariximizə layiq mübarizə apararaq Azərbaycan futbolunun nüfuzunu qorudu və onu daha da yüksəklərə daşıdı.

Azarkeşlərimizin sarsılmaz sevgisi və dəstəyi, futbolçularımızın meydandakı qətiyyəti, klubumuzda hökm sürən birlik və ailə ruhu 2025-ci ilin ən böyük qələbəsi, ən dəyərli qazancı oldu. Biz bu birliklə, bu inamla və bu qürurla qarşıdakı illərdə daha böyük hədəflərə, daha uca zirvələrə doğru yolumuza davam edəcəyik. Çünki bu yolun adı “Qarabağ”dır və bu hekayə hələ yeni başlayır.

Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Bu əlamətdar gün həm dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların birliyini və həmrəyliyini ifadə edir, həm də yeni ilin astanasında hər birimiz üçün yeni ümidlər, yeni hədəflər yaradır. Xüsusilə ölkəmizin inkişafı və idman sahəsində, o cümlədən komandamızın uğurlarında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin dəstəyi danılmazdır və bizə böyük ruh yüksəkliyi verir.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevi də səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində yeni uğurlar arzulayıram.

İnanıram ki, qarşıdakı ildə də birlik, inam və əzm sayəsində daha böyük nailiyyətlər əldə edəcəyik. Komandamız öz üzərinə düşən məsuliyyəti dərk edərək bütün gücü ilə çalışacaq və xalqımıza yeni-yeni sevinclər, qürurverici anlar bəxş edəcək. Qoy 2026-cı il hər bir azərbaycanlı üçün uğurlu, bərəkətli və yaddaqalan olsun”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Avqust 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri