Icma.az
close
up
RU
Tahir Gözel Nigeriyada qubernatorla yüksəksəviyyəli görüş keçirdi

Tahir Gözel Nigeriyada qubernatorla yüksəksəviyyəli görüş keçirdi

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Aparıcı iş adamı Tahir Gözel Nigeriyanın Laqos şəhərinə və Oyo əyalətinə səfər edərək Oyo əyalətinin qubernatoru Oluwaseyi Makinde ilə yüksəksəviyyəli işgüzar görüş keçirib. Görüş zamanı tərəflər Azərbaycan ilə Nigeriya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Tahir Gözel Azərbaycan və Nigeriya arasında ticarət əlaqələrinin genişləndirilməsi perspektivlərinə toxunaraq, ölkəmizin bu sahədə təklif edə biləcəyi imkanlar və qarşılıqlı faydalı tərəfdaşlıq modelləri barədə danışıb. Gözel eyni zamanda texnologiyayönümlü təhsil müəssisəsinin təsis olunmasına maraqlı olduğunu qeyd edərək, bu təşəbbüsün ölkənin rəqəmsal inkişafına ciddi töhfə verəcəyinə inandığını vurğulayıb. Qubernator Makinde öz növbəsində Oyo əyalətinin beynəlxalq əməkdaşlığa və yeni tərəfdaşlıqlara açıq olduğunu bildirib. Azərbaycandan gələcək investisiya dəstəyinin əhəmiyyətini vurğulayan Qubernator Makinde, Gözelin ziyarətinin iki ölkə arasındakı əlaqələri gücləndirəcəyini və ziyarətdən çox məmnun olduğunu qeyd etdi. O, əlavə olaraq, aqrar biznes, faydalı qazıntıların işlənməsi və turizm sahələrində mövcud olan ticarət və investisiya imkanlarına diqqət çəkib.

Səfər çərçivəsində Tahir Gözel həm də xarici investorlara, eləcə də Gözelə investisiya dəstəyi üçün müraciət edən Nigeriyada uğur qazanmış 21 sahibkarla görüşüb, onların təcrübələrini dinləyib və qarşılaşdıqları çətinliklər, layihələri, investisiya imkanları barədə məlumat alıb. Görüşlər zamanı texnologiya sahəsində ixtisaslaşmış təhsil müəssisəsinin ölkədə rəqəmsal inkişafa, işçi qüvvəsinin ixtisas səviyyəsinin artırılmasına və biliklərin inkişafına verə biləcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 İyun 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri