Dünən əsgər marşı, bu gün azarkeş nidası…
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
İllər öncə Xankəndi səmalarında tank toplarının səsi eşidilirdi. Bu gün isə həmin səsləri o cümlədən futbol toplarının qapı toruna toxunuşu və azarkeşlərin nidaları əvəz edir.
Dünən, 19 noyabr Xankəndinin idman tarixinə yadda qalacaq önəmli günlərdən biri kimi düşdü. Yerli “Xankəndi” ilə “Karvan-Yevlax” futbol matçında üz-üzə gəldi.
Bu oyuna xüsusi əhəmiyyəti qatan onun yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi futbol matçı olması idi.
Altı il öncə xalqımızın doğma torpaqlarına qovuşduğu kimi, həmin gündəm başlayaraq futbolumuz və idmanlmız da öz doğma yurduna, Qarabağa qovuşdu.
Dünən Xankəndidə sadəcə futbol oyunu keçirilmədi, həm də bir şəhərə dönüşün, bir nəslin öz tarixini canlı yaşamasının şahidi olduq.
İllərdir dərsliklərdən Xankəndinin işğalı haqqında oxuyan balaca futbol azarkeşləri indi gənc nəslin nümayəndələri olaraq həyatlarında ilk dəfə Xankəndinə səfər oyununa getdilər.
Bəlkə də, indi, isti başla o günün tarixi əhəmiyyətinin tam fərqində olmadılar. Amma illər sonra nəvələri əllərindəki tarixi yazılarla “Baba, nənə, bax! Tribunadakı sənsən!” – deyib, qaça-qaça onların qucaqlarına atılacaqlar.
Şəklin üzərində isə bu sözlər yazılacaq:
“Dünən əsgər marşı, bu gün azarkeş nidası…”
Leyla Babaşova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 20 Noyabr 2026 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















