Tahir Gözelin Puzzo ailəsi ilə dostluq münasibətləri bu tərəfdaşlığın təməlini qoyub
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"Bu mühüm əməkdaşlığın qurulmasında klubun prezidenti Tahir Gözelin şəxsi təşəbbüsü və yanaşmaları xüsusi rol oynayıb".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ" və İtaliyanın "Udinize" klublarının əməkdaşlığına dair Ağdam təmsilçisinin yaydığı açıqlamada bildirilir.
Razılaşmaya əsasən, “Qarabağ” FK Akademiyasının futbolçuları dövri olaraq “Udineze” klubunda təlim-məşq toplanışlarında iştirak edəcəklər ki, bu da onların beynəlxalq səviyyədə inkişafına ciddi töhfə verəcək. Bu addım gənc futbolçularımızın Avropa təcrübəsinə yiyələnməsi, texniki və taktiki inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Məlumatda bildirilib: "Tahir Gözel “Udineze” Futbol Klubuna sahiblik edən Puzzo ailəsi ilə dostluq münasibətləri bu strateji tərəfdaşlığın təməlini qoyub. Tahir Gözelin klubun gələcəyi ilə bağlı planları, gənclərin inkişafına verdiyi önəm və “Qarabağ” FK-nın beynəlxalq imicini gücləndirmək istiqamətində atdığı addımlar bu əməkdaşlığı mümkün edib.
Əməli əməkdaşlığımıza əsas liqalarda olduğu kimi, aşağı yaş qrupları üzrə liqalarda da yay fasiləsinin başlaması ilə əlaqədar yeni mövsümün əvvəlindən start veriləcək və akademiyamızın üzvləri İtaliyaya yollanacaq" - deyə məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 14 May 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















