Icma.az
close
up
RU
Tahir Kərimli: Qarabağda inşa işləri aparılan bir zamanda dövlət qurumlarının tenderlərlə bahalı avtomobillər almalarına ehtiyac yoxdur

Tahir Kərimli: Qarabağda inşa işləri aparılan bir zamanda dövlət qurumlarının tenderlərlə bahalı avtomobillər almalarına ehtiyac yoxdur

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

“Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrdə kimin maşın aldığının o qədər də əhəmiyyəti yoxdur. Çünki büdcələrində də kifayət qədər pul var, ayrıca pulları da... Amma Azərbaycan kimi hər il az qala 5 milyard Qarabağın inşasına pul ayıran bir ölkədə dövlət qurumlarının tenderlərlə bahalı maşın almalarına ehtiyac yoxdur. Bu yaxınlarda eşitdim ki, dövlət agentliklərindən biri bahalı lüks maşınlar alıb. Düzgün deyil. Azərbaycanda yığılan avtomobillər var. Bir sıra idarələr, müəssisələr bunlardan da istifadə edə bilərlər. Naxçıvan, Neftçalada və digər yerlərdə "Şevrolet Kobalt" kimi maşınlar yığılır. Belə maşınlardan da istifadə etmək lazımdır ki, büdcə çox yüklənməsin”. 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

“Milli Məclisdə vaxtilə məsələ qaldırmışdım ki, protokol qaydasında xarici qonaqları qarşılamaq üçün nəzərdə tutulan maşını dəyişmək lazımdır. Qoy dövlətin adına yaxşı maşın olsun. Söhbət bir maşından gedirdi. Üstümə düşdülər ki, Qarabağda tikinti işləri aparılan vaxt sən bu məsələni qaldırırsan. Sosial mediada da əleyhimə çoxlu yazılar yazdılar. Halbuki dövlətin siması olan bir maşından söhbət gedirdi. Ad çəkmək istəmirəm, həmin qurum sonradan 50-dən çox bahalı maşın aldı. Bəs necə olur, mən bir maşının məsələsini qaldıranda üstümə düşdülər, amma sonradan ən bahalı maşını özləri aldılar?”, - T.Kərimli bildirib.

Qeyd: Son zamanlar bahalı avtomobilləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" publik hüquqi şəxsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Qida Təhlükəsizliyi İnstitutu" publik hüquqi şəxsi və digər qurumlar alıb. 

Aytəkin Qardaşova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see349

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see181

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see116

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see114

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see114

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see113

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri