Tahir Kərimli: “Siyasətçilərin PA nın şöbə müdirinin rəhbərliyi ilə Şuşa, Xankəndi, Laçın, Fizuli, Ağdam, Cəbrayıl və Zəngilana səfərləri böyük əhəmiyyət daşıyır”
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Artıq səkkizinci dəfədir ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik şöbəsini müdiri cənab Ədalət Vəliyevin rəhbərliyi ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiya rəhbərləri, politolaq və media nümayəndələri Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının düşməndən azad edilmiş ərazilərinə-Şuşa, Xankəndi, Laçın, Fizuli, Ağdam, Cəbrayıl və Zəngilana səfərləri baş tutdu. Sonuncu səfərimizdə təkrar olaraq, Şərqi Zəngəzurda aparılan böyük quruculuq işlərinin şahidi olduq. Bu səfərlər böyük əhəmiyyət daşıyır.
Pravda.az xəbər verir ki, bunu sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
T.Kərimlinin sözlərinə görə, iqtidar və müxalifət mövqeyindən asılı olmayaraq, siyasi təşkilat rəhbərləri arasında dialoq mühitini, səmimiyyəti artırır, onların milli mənafe baxımından müzakirələr aparmasına və ortaq məxrəcə gəlmələrinə yardım edir: “Həmin ərazilərdə on illər boyu düşmənin vəhşicəsiə viran qoyduğu yaşayış məntəqələrini, şəhid və qazilərimizin qanı ilə suvarılmış əraziləri əyani görür və dünyanın bunun qarşılığında susqun qalmasına bir daha şahid oluruq. Ali Baş Komandanın rəhbərliyi və təşkilatçılığı ilə Ordumuz tərəfindən azad olunmuş Vətən torpaqlarında sənaye və kənd təsərrüfatı sahəsində aparılan böyük quruculuq işıərini öz gözlərimizlə görür, ora köçmüş sakinlərlə söhbətləşir, bu işlərə başçılıq edən rəhbərlərin arayışları ilə tanış oluruq və bir sıra məsələlərə aydınlıq gətirilir. Sonuncu səfər zamanı çirklənmiş ərazidə minanın partladılaraq, zərərsizləşdirilməsini, su ambarının və elektrik stansiyasının, tikiş fabrikinin, sənaye zonasının, yeni tikilmiş məscidin fəaliyyəti, yaşayış massivlərinin sistemi ilə tanış olduq. Bir sözlə, bu cür səfərlər çox dəyərlidir. İnşallah, Kəlbəcər və Qubadlıya səfərlər bizi gözləyir. Prezident Administrasiyası məsullarının bu səfərlər zamanı qayğıkeş münasibətlərini də qeyd etməyi özümə borc bilirəm”.


