Icma.az
close
up
RU
Tahir Mirkişili: “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın çox uğurlu enerji layihəsidir”

Tahir Mirkişili: “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın çox uğurlu enerji layihəsidir”

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

“2025-ci ilin iyunun 24-də Mingəçevirdə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, ixrac potensialının artırılması istiqamətində atılmış çox mühüm addımdır. 1800 meqavat gücü ilə ölkənin ən iri istilik elektrik stansiyası olan proje həm də unikal xüsusiyyətlərinə görə diqqət cəlb edir. Müasir texnologiyalarla təchiz olunan stansiyada yanacaq sərfiyyatı minimum həddədir, karbon emissiyaları isə beynəlxalq standartlara uyğundur. Yüksək səmərəlilik və çevik enerji istehsalı imkanları sayəsində bu stansiya ölkə daxilində elektrik enerjisinə olan tələbatın sabit ödənilməsinə imkan verəcək”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. 

Onun sözlərinə görə, adını Vətən müharibəsində əldə edilmiş Zəfər günündən alan stansiya ölkənin enerji müstəqilliyinə və dayanıqlı inkişaf strategiyasına xidmət edir: “Bu, Azərbaycanın müstəqilliyini öz resursları ilə daha da gücləndirəcək bir addımdır. Stansiya postmüharibə dövründə Azərbaycanın iqtisadi dirçəlişinin göstəricisidir. Bu stansiya hərbi müstəvidə əldə etdiyimiz qələbənin iqtisadi sferada davamıdır. Çox müsbət haldır ki, Azərbaycan post-münaqişə dövründə qələbə eyforiyasından əziyyət çəkmədi, islahatları davam etdirdi, beynəlxalq əlaqələri genişləndirdi, yeni-yeni layihələrə imza atdı. Həm ənənəvi enerji mənbələrindən istifadənin səmərəliliyinin artırılması, həm də bərpaolunan enerji sahəsində bir sıra önəmli layihələrin reallaşdırılması postmüharibə mərhələsinin önəmli hadisələrindən biridir. Dövlətimiz enerji sektorunun modernləşdirilməsi və diversifikasiyası istiqamətində ciddi addımlar atmaqdadır. Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib. Bu mənada “8 Noyabr” Elektrik Stansiyası Azərbaycan-İtaliya-Çinin ölkəmizin gələcək enerji siyasətindəki vahid mövqeyinin ifadəsidir. Ölkə həm neft-qaz resurslarına əsaslanan enerji istehsalı, həm də bərpa olunan enerji mənbələrinin inkişafı ilə balanslı enerji siyasəti həyata keçirir. Bərpaolunan enerji layihələrinə böyük investisiyalar yatırılır. 2030-cu ilə qədər ümumi enerji balansında bərpa olunan mənbələrin payının 30%-ə çatdırılması hədəflənir”.

Tahir Mirkişili qeyd edib ki, regional enerji təhlükəsizliyində Azərbaycan mühüm aktora çevrilib: “Ölkəmiz Gürcüstan, Türkiyə, İran və Rusiya kimi qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Köhnə istilik stansiyalarının modernləşdirilməsi, müasir idarəetmə sistemlərinin tətbiqi enerji istehsalında effektivliyi və şəffaflığı artırıb. Qaradağda 230 MVt-lıq Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın ilk özəl investisiya əsasında reallaşdırılmış bərpaolunan enerji layihəsi kimi tarixə düşüb. Neftçalada və Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə daha iki iri Günəş parkının təməli qoyulub. Cəbrayılda isə bp şirkəti tərəfindən 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının inşası davam edir və bu layihə Qarabağ bölgəsində icra edilən ilk iri Günəş enerji layihəsi kimi əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində artıq 30-a yaxın hidroelektrik stansiya istismara verilib. 

Beləliklə, Mingəçevir nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzinə çevriləcək. Hazırda ölkənin elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. “8 Noyabr” Stansiyasının istismara verilməsi ilə generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək. 

Bu stansiyada tətbiq olunan ən son texnoloji həllər və dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində 1 kvts elektrik istehsalına şərti yanacaq sərfiyyatının 120 qram azaltmaqla 345 qramdan 225 qrama enməsinə imkan verir. Bu isə ildə 1 milyard kub metr qaza qənaət edilməsi demkdir. “8 Noyabr” Elektrik Stansiyası həm ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilən nümunəvi enerji layihəsidir. Bu layihənin qısa müddət ərzində ərsəyə gəlməsi Azərbaycanın kadr potensilının gücündən xəbər verir. Bu stansiyalar bölgənin ekoloji və iqtisadi dirçəlişinə xidmət edir, enerji təhlükəsizliyinə töhfə verir”. 

Deputat onu da qeyd etdi ki, “8 Noyabr” Elektrik Stansiyası ixrac potensialını daha da artıracaq, bu da büdcə gəlirlərinə müsbət təsir göstərəcəkdir: “Stansiya Azərbaycanın enerji sektorunda yeni inkişaf səhifəsi açır. Buna təkcə texniki layihə kimi baxmaq düzgün deyildir. Siyasi iradə, iqtisadi-strateji baxış və ekoloji məsuliyyətin vəhdətini bu layihədə görmək mümkündür. Azərbaycan bu addımlarla regionda enerji təhlükəsizliyinin təminatçısı və qlobal çağırışlara cavab verə bilən müasir enerji dövləti kimi mövqeyini daha da gücləndirir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyun 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see210

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see203

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see192

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see175

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see143

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see138

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see137

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see137

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see133

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see133

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see131

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see130

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see128

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see126

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see125

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see124

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see123

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see123

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see121

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri