Icma.az
close
up
RU
“Azərenerji”: “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın etibarlı enerji təminatının qoruyucusu olacaq FOTO

“Azərenerji”: “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın etibarlı enerji təminatının qoruyucusu olacaq FOTO

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasına media-tur təşkil olunub.

APA-nın xəbərinə görə, media nümayəndələrinə İES barədə məlumat verilib.

“Azərenerji” ASC istehsal operatorunun baş mühəndisi Fariz Zeynalov deyib ki, Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci il tarixli sərəncamı ilə ölkədə enerji dayanıqlığının təmin edilməsi, artan tələbatın qarşılanması, əlavə generasiya güclərinin yaradılması, ixrac imkanlarının artırılması, təbii qaza qənaət və ətraf mühitin qorunması məqsədilə Mingəçevir şəhərindəki “Azərbaycan” İES-in ərazisində müstəqillik dövrünün ən böyük elektrik stansiyasının tikintisinə qərar verilib: "13 fevral 2023-cü ildə 1880 MVt-lıq yeni elektrik stansiyasının mötəbər təməlqoyma mərasimi keçirilib. Azərbaycanın peşəkar mühəndislərinin təklifləri əsasında hazırlanmış layihəyə dünyanın nüfuzlu enerji şirkətləri və müstəqil texniki ekspertlər cəlb olunub. Keçirilmiş tenderlər nəticəsində məsləhətçi şirkət kimi İsveçin tanınmış AFRY şirkəti seçilib.

Beynəlxalq praktikada bu cür layihələrin hazırlanması adətən 1 ildən çox vaxt tələb etsə də, İspaniyanın “İDOM” şirkəti ilə “AzərEnerji”nin Energetika İnstitutu”nun mütəxəssisləri tikinti işləri ilə paralel olaraq layihələndirmə işlərini həyata keçiriblər. Tikintinin baş podratçısı ixtisaslaşmış yerli şirkət BCC Group seçilib.

Stansiya ərazisində 15 min m³-dən artıq svay vurulub və 7 200 ton metal konstruksiya işi görülüb.

Yeni stansiyanın enerjisistemə inteqrasiyası üçün “Azərbaycan” İES-in 500 və 330 kV-luq yarımstansiyaları yenidən qurularaq genişləndirilib. Həmçinin, “Mingəçevir–Samux” ötürmə xətti və “Samux” yarımstansiyasında yenidənqurma işləri həyata keçirilib.

Ümumi effektivliyi artırmaq məqsədilə “AzərEnerji” Mingəçevirdəki “Azərbaycan” İES-in iki enerji blokunun buxar turbinlərini zəmanətli əsaslarla modernləşdirib. Yeni elektrik stansiyasının səmərəliliyi nəticəsində şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə 120 qram azalaraq 225 qram təşkil edir.

Bu, illik 1 milyard m³ təbii qaza qənaət və 2 milyon ton karbon qazının atmosferə buraxılmasının qarşısını alır. Faydalı iş əmsalı 17% artaraq 38,5%-dən 55,5%-ə yüksəlib.

Adətən belə böyük stansiyalar 3-5 ilə tikilsə də, Azərbaycan layihəni 2 il ərzində tamamlayıb. Digər ölkələrdəki analoqlarla müqayisədə isə bu stansiyanın tikintisinə xərclənən vəsait bir neçə dəfə az olub.

Yeni stansiya müstəqil və qüdrətli Azərbaycanın etibarlı enerji təminatının qoruyucusu olacaq. Ölkənin enerji tarixində qızıl hərflərlə qeyd edilən bu stansiya Azərbaycanın enerji siyasətinin uğurlarından biri kimi daim yadda qalacaq".

Qeyd edək ki, bu gün “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib, mərasimdə Prezident İlham Əliyev iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 İyun 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri