Icma.az
close
up
RU
Tahir Salahovun rənglərlə pıçıldadığı dünya...

Tahir Salahovun rənglərlə pıçıldadığı dünya...

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Bəzən dünya bütün rənglərini itirər; boz bir duman çökmüş kimi soyuq, çılpaq və lal qalar. İncəsənət isə məhz bu çılpaqlığı geyindirmək, o lal sükutdan bir musiqi, hətta epoxa yaratmaq sənətidir. 

Azərbaycan incəsənətinin zirvəsində dayanan Tahir Salahov məhz bu ecazın sahibi idi: o, çılpaq mənzərələrin əyninə öz rənglərindən paltar tikən, bozluğun bətnindən rəngarəng bir kainat doğuran ustad idi.

Salahovun əsərlərinə baxanda kətan üzərindəki boyalar qışqırmır, səni yormur. Onlar sanki sakitcə kənara çəkilib səni içəri dəvət edir. 

Bir natürmortun, bir neft estakadasının və ya yorğun bir insanın gözlərində başlayan o dialoq tədricən ruhun pıçıltısına çevrilir. Əgər onun rənglərinin altındakı fəlsəfəni, atası repressiya olunmuş bir uşağın qəlbindəki o sınmaz duruşu anlaya bilsən, rənglər sənə qollarını açar, səni qucaqlayar. Hətta ruhunun yatmış saat əqrəblərinə dirijorluq da edə bilər...

Anlamayanda isə... inciyər, öz sükutuna çəkilər.

O, qara rəngə can verən rəssam idi. Hər kəsin kədər gördüyü bozluqda o, Xəzərin dəli fırtınasını, neftçinin alın tərindəki şərəfi və dözümü görürdü. Onun boyalarında yamaq duran, quru və ruhsuz tək bir zərrə belə tapa bilməzsən. 

...Bütün xətlər, bütün çəkildiyi cığırlar elə bir özünəməxsusluqla axır ki, ən sadə eskizə belə baxanda rəssamın adını oxumağa ehtiyac qalmır, rənglər özü pıçıldayır: "Bu, Tahir Salahovdur."

Onun dəst-xəttində musiqi var idi. Qara Qarayev simfoniyasının dərinliyi, Rastropoviç violonselinin gərginliyi... Salahov kətana boya çəkmirdi, o, kətan üzərində musiqi bəstələyirdi. Və bu musiqi əsrlər keçsə də kəsilməyəcək.

Tahir Salahov həm də fırçası ilə rənglərə yön verən dirijor idi. Bəzən zil rəngləri ram edir, yatıb qalmış bəm səsləri yuxusundan oyadırdı...

Tahir Salahov bizə öyrətdi ki, dünyanı gözəlləşdirmək üçün parlaq işıqlara ehtiyac yoxdur. Əsl sənətkar bəzən ən tünd, ən boz mənzərəyə belə öz daxili işığını salıb, oradan ölməz bir dünya çıxarmağı bacaran insandır. O, getdi, amma qoyub getdiyi o rəngli dünya hələ də bizimlə danışmağa, bizi qucaqlamağa davam edir...

Tural İbrahim, 

Yazıçı-publisist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Oktyabr 2026 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri