Icma.az
close
up
RU
Tahir Süleymanov De Blekerinin sözlərini şərh etdi

Tahir Süleymanov De Blekerinin sözlərini şərh etdi

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Hakimin penalti qərarı doğrudur”…

“Hakimin penalti qərarını dəstəkləyirik”…

“Hakim və VAR-dan müdaxilə gözləyirdik”…

Brüsselin, ümumilikdə, dünyanın ikili standartları yenidən işə düşüb. Bu dəfə futbolda…

Siyasətdə, iqtisadiyatda, ölkələrə münasibətdə də belədir. İllərdi Azərbaycan, dövlətimiz, xalqımız ikili standartlara qarşı mübarizə aparır, döyüşür, dözülməz şəraitdə haqqımızı müdafiə edir, torpaqlarımızı azad edirik…

Belçikalı Frank De Bleker Brüsseldə tək hakimlik sənətini mənimsəməyib, güclü diplomatik məktəb keçib, yerli mühit onu belə formalaşdırıb. Məsələlərə münasibətdə eyni, oxşar vəziyyətlərə fərqli davranış, ikili standartlara üstünlüyün verilməsi, əlyeri olmayanda isə, susmaq. Ötən turlarda bəzi qalmaqallı hakim qərarlarına münasibət bildirmədiyi kimi…

Dəfələrlə klublardan, futbol adamlarından müraciət edənlər olub, jurnalistlər maraqlanıb, azarkeşlər açıqlama istəyib. Epizodları izah edərək, hansı hallarda De Blekerin özünə sərf edən tərzdə açıqlama verəcəyini, hansılarda “yoxa çıxacağını” bildirmişəm.

De Bleker Azərbaycana konkret kim(lər)in təklifi, dəstəyi ilə gəlib, müqavilə şərtləri necə bağlanıb, niyə hər ayın müəyyən hissəsini, vaxtilə Berti Foqts kimi öz ölkəsində keçirir, ictimaiyyətdən gizlədilir, bunları AFFA rəhbərliyində təmsil olunanlar bilər. Hələ ki, belçikalı mütəxəssisdən ölkə hakimliyinin inkişafı gözləndiyi halda, De Bleker özü referilərdən, VAR-dan “müdaxilə gözləyir”.

İki 11 m. qərarın verilməsinə münasibətdə “penalti qərarı doğrudur” və “penalti qərarını dəstəkləyirik” ifadələri arasında Brüsseldən Bakıya qədər məsafə mənası var. Niyə De Bleker iki penalti qərarına eyni qaydada, “doğrudur” açıqlamasını vermir?! İkili standartlarla epizodlara şübhə toxumu səpir.

Belçikalı özünü Bakıya çatdıraraq “Neftçi”-“Sabah” oyununu canlı izləyib, yəqin yaxın günlərdə yenidən ölkəsinə qayıdacaq. Görüşün hakim-inspektoru AFFA Hakimlər departamentinə rəhbərlik edən Ömər Paşayev idi. Hər iki komanda rəhbərlərinin şirkət-sponsor və faktiki olaraq assosiasiyaya cavabdehlik daşıdıqları qarşılaşmada, ideal futbol və hakimlik şəraitinin olduğu, meydanda son illərin bir nömrəli FİFA referisi Əliyar Ağayevin idarəçiliyi ilə belə səhvlər edilirsə, deməli, problem(lər) tək epizodlarda deyil, daha əhatəlidir…

Təhlillər epizodlar çərçivəsində yox, daha geniş aparılmalı, mövcud şəraiti şərtləndirən amillər axtarılıb tapılmalıdır. Üzdənyanaşmalarla futbol, hakimlik nəinki dirçəlməyəcək, daha da tənəzzülə uğrayacaq. AFFA rəhbərliyini təmsil edən komandanın baş məşqçisi, qalib gəldiyi oyunda hakimliyə etiraz edərək mətbuat konfransını tərk edir, digər baş məşqçi, Icraiyyə Komitəsinin üzvü – üsyan edir. Bütün bunlar, haqlı və ya haqsız, onsuz da problemlər içində boğulan AFFA idarəetmə mexanizmində
daha dərin çatların əmələ gəlməsinin, qarşılıqlı inamsızlığın yaranmasının nəticəsidir.

De Blekerdən AFFA-nın gözləntiləri çox olsa da, hələ ki, özü “gözləyir”. “Neftçi”-“Sabah” görüşündə VAR-da olan hakimin axırıncı dəfə nə vaxt meydana çıxdığı unudulub artıq. Premyer Liqa oyunlarını davamlı idarə etməyən referinin, Əliyar Ağayevə VAR-dan təkidlə müdaxilə etmək gücü, nüfuzu yetməz!

Premyer Liqaya 16-17 referi təsdiq edilib. Onların bəziləri, ümumiyyətlə, meydanda görünmür, digərləri az sayda oyunla təmin edilir, çempionatın yükü 4-5 referinin üzərindədir. Təsdiq olunan hakimlər niyə oyunlara baş hakim kimi təyinat almır, onlar üzərində çalışılmır?! Zəifdilərsə, niyə Premyer Liqaya təsdiq ediliblər?! Mövcud durum aparıcı hakimlərdə arxayınlıq yaradır, referilər arasında rəqabəti zəiflədir, məsuliyyət hissi azalır, sonda bir nömrəli hakimimiz də adi epizodda səhvə yol verir. Bunlar arxayınlığın, hakimlərə nəzarət mexanizminin zəifliyinin nəticəsidir. Aşağı liqalarda, uşaq yarışlarındakı durum daha acınacaqlıdır.

Vəziyyətin bu hala gəlib çıxacağını indi demirik, yazmırıq… AFFA rəhbərləri ilə görüşlərimdə qeyd olunan və olunmayanlar, zamanında detallı olaraq isbatlanıb, faktlarla sübuta yetirilib. 8 ildir Azərbaycan hakimlərinə rəhbərlik əcnəbilərə həvalə edilir. De Bleker gətirilmədən öncə AFFA məsullarına bildirmişəm, doğru yol deyil. Futbolu, bu sahəni dərindən bilməyə-bilməyə məsləhətlərə qulaq asılmayıb, təkəbbürlük edilib, əvvəlkilər kimi, “əcnəbi sevgisi” üstün gəlib.

“Çiy”, “bişməmiş” təkliflərlə qarşımıza çıxılıb.
Vaxtilə Hakimlər Komitəsi ilə bağlı fikir öyrənilib. Azərbaycan futbolunun problemlərinin tək bu sahə olmadığı xüsusi vurğulanıb, məsələlərə kompleks yanaşmanın vacib olduğu bildirilib. İnfrastruktur, tədris, uşaq futbolu, AFFA/klub idarəçiliyi, hakimlik sektoru və digər sahələr bir-birinə sıx bağlıdır. Məsələlərə əhatəli, geniş yanaşılmasını, buna uyğun qəti addımlarn atılması tövsiyə edilib.

Vəziyyət o həddə çatıb/çatdırılıb ki, AFFA rəhbərlərinin birbaşa himayə etdiyi klublar üsyana qalxır. Bunlar idarə, nəzarət mexanizminin zəif olmasının, futbol təsərüffatını bilməməyin, peşəkarlıqdan uzaq həvəskar düşüncə tərzinin göstəricisidir.

Belə “nəzarət” mexanizmi ilə De Bleker öz təcrübəsi sayəsində, qarşısına çıxan federasiya rəsmilərini Brüssel-Bakı marşrutu ilə susuz aparıb, susuz gətirər.

Eyni oyunda De Blekerin epizodlara qətiyyətlə münasibət göstərməməsi, “dəstəkləyirik”, “gözləyirdik” ikili standartlarının futbol dili ilə açıqlamaları aşağıdakılardan ibarətdir:

1.İlk epizodda penalti qərarı olmasaydı, yenə referi belçikalı tərəfindən dəstək alacaqdı. Ona görə də “doğrudur” yox, “dəstəkləyirik” ifadəsi işlədilir.
2. Penalti göstərilməsəydi, De Bleker düşüncəsi ilə, ikinci epizod da dəstəklənəcəkdi. Belə olduqda, belçikalı ilk epizodu köməkçi vasitə kimi istifadə edəcəkdi.
3. İlk epizod penalti kimi dəyərləndirilibsə, ikinci epizodda da 11 m. verilməliydi. De Blekerin “gözləyirdik” açıqlaması buna işarədir.

Belçikalı mütəxəssis niyə belə davranır? Ona görə ki, qəti, birmənalı fikirlər səsləndirsə, özü-özünü vurmuş, bacarıqsızlığını ortaya qoymuş olar. Bunun adı – psixoloji rəhbər bacarıqsızlığı sindromudur. “Oyun qaydaları”ndakı təbii boşluqlardan, vətənində öyrəndiyi ikili standartlardan istifadə edilir. Bilir ki, AFFA rəhbərliyində futbol incəliyi, hakimlik nüansları ilə qarşısına çıxacaq səlahiyyətli rəsmi yoxdur. Bu artıq De Blekerin günahı deyil.

Yeni AFFA rəhbərlərinin səhv qərarları artıq özlərinə, futbola qarşı çıxmaqdadır. De Bleker məcburiyyət qarşısında epizodlara münasibət bildirməklə böyük “alim”lik etməyib, bunu bütün futbol ictimaiyyəti deyir/bilir. Belçikalı Azərbaycan futboluna şərhçi kimi gətirilməyib… Ki, epizodları istədiyi, sərf etdiyi kimi şərh etsin. De Bleker ona görə ölkəyə dəvət edilib ki, bu sahədə problemlər aradan qaldırılsın. Strateji yanlış addımlar, bumeranq kimi, qərar verənlərin özlərinə dəyir artıq…

Zamanında bütün bunlar AFFA rəhbərliyinə deyilib. Doğru məsləhətlərə qulaq asmamağın nəticəsi acı olur hər zaman. Belə davam edəcəyi halda, eksperimentlər, şəxsi, qrup maraqları Azərbaycan futbolunu daha da bataqlığa sürükləyəcək. Bir il ərzində Azərbaycan futbolunda strateji addımlar atılmalı, cəsarətli islahatlar aparılmalı, epizodların gündəm xarakterli müzakirələri deyil, gələcək inkişafı təmin edəcək möhkəm bünövrə qoyulmalı idi.

Fran de Bleker və havadarları dua etsinlər ki, cavab qarşılaşmalarında verilən/verilməyən penaltilər, yanlış qərarlar iki oyunun son nəticələrinə təsir etməsin. Bu artıq 11 aprel AFFA konfransından sonra bilinəcək.

Tahir Süleymanov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 03 Aprel 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri