Icma.az
close
up
RU
Tahir Süleymanov: Frank De Bleker də epizodları şərçi ekspert kimi şərh edərək...

Tahir Süleymanov: Frank De Bleker də epizodları şərçi ekspert kimi şərh edərək...

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qış fasiləsindən öncə də Premyer Liqa oyunlarında hakimlər səhvləri yetərincə idi. Çempionat finişə yaxınlaşdıqca, komandalar itirilən/qazanılan xalları daha həssaslıqla saymağa başlayırlar. Mövsümün ikinci yarısında baş verən hakim səhvləri ilə narazılıqlar futbol ictimaiyyəti arasında müzakirə edilir". Bu sözləri Sport24.az-a açıqlamasında FİFA referisi Tahir Süleymanov deyib.
Beynəlxalq dərəcəli ədalət təmsilçisi mövsümün ikinci hissəsində baş verən hakim səhvləri ilə bağlı fikirlərini bölüşüb:
"Ara-sıra məşqçilər fikir bildirir, o da əsasən, "danışmağın mənası yoxdur" çərçivəsindən kənara çıxmır. Böyük ölçüdə məşqçilərin günahı yoxdur, onların vəzifəsi komandalarını oyunlara hazırlamaqdan, qələbələr qazanmaqdan ibarətdir. Psixoloji məqamdır, hakim xətalarına görə turnir cədvəlində itirilən mövqe, sonda məşqçi istefaları ilə nəticələnir. Buna görə çalışdırıcılar özlərini müdafiə etmək məcburiyyətində qalırlar. Komanda anlayışı tək yaşıl meydanda futbolçulara aid deyil, klub-komandanın vahid birliyi çox önəmlidir. Belə hallarda komandanı sivil formada, qaydalara uyğun olaraq klub qorumalıdır. Əksər klub rəhbərləri, rəsmiləri özlərini pis etmək, hədəfə gəlmək, yerlərini itirmək istəmirlər. Kuluarlarda "qəhrəmanlıq" edənlərə, ictimaiyyət arasında söz sahibi olmayanlara ekspertlərin, jurnalistlərin, azarkeşlərin önə çıxması, fikir bildirməsi, etiraz etməsi sərfəlidir. Hətta bəzi hallarda klub rəhbərləri Hakimlər Komitəsini tərifləyir, baş məşqçiləri isə etiraz edir.

Belçikadan açıqlama verən Frank De Bleker də epizodları şərçi-ekspert kimi şərh edərək problemləri bitmiş sayır.
Sanki, De Blekere Azərbaycana Hakimlər Komitəsinin sədri yox, şərhçi kimi gətirilib, onunla müqavilə bağlanılıb.
İctimai nəzarət onsuz da var, mediada, ekranlarda epizodlar müzakirə edilir.
Klub səlahiyyətliləri önə çıxıb özlərini, komandalarını, azarkeşlərini müdafiə etməyi bacarmalıdırlar. Yaşıl meydanlarda, klub anlamında strateji/taktiki zəiflik göstərənlərin "strateji" gedişləri fonunda komandalarının haqsızlığa uğraması, məğlubiyyətlərə gətirib çıxarması təbiidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sport24.az
archiveBu xəbər 14 Fevral 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri