Tailandda təqaüdlə təhsil imkanı
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 18 mart, AZƏRTAC
Tailand Krallığının Ali Təhsil, Elm, Tədqiqat və İnnovasiya Nazirliyi tərəfindən əcnəbi tələbələr üçün 2026–2027-ci tədris ili üzrə Tailand Təqaüdləri Proqramı elan olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində Tailandın müxtəlif ali təhsil müəssisələri tərəfindən əcnəbi tələbələrə bakalavriat, magistratura və doktorantura səviyyələri, eləcə də mübadilə və təlim proqramları üzrə təhsil almaq imkanı yaradan təqaüdlər təqdim olunur.
Müraciət üçün son tarixlər, tələb olunan sənədlər və təqaüd çərçivəsində qarşılanan xərclər hər bir ali təhsil müəssisəsinin daxili qaydalarına uyğun olaraq müəyyən edilir.
Təqaüd proqramları və müraciət qaydaları barədə ətraflı məlumatla link vasitəsilə tanış olmaq mümkündür.
Proqramda iştirak etmək istəyənlər müraciətlərini birbaşa müvafiq Tailand ali təhsil müəssisələrinə təqdim etməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 18 Mart 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















