Tailandda yeni hökumətin andiçmə mərasimindən MARAQLI GÖRÜNTÜLƏR
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tailandda yeni hökumət Kral Maha Vaçiralonqkorn və Kraliça Suthidanın hüzurunda and içib. Yerli ənənəyə uyğun keçirilən mərasim sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və çox sayda müzakirəyə səbəb olub.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, tədbir paytaxt Banqkokdakı Dusit sarayında keçirilib.
Rəsmi protokola əsasən, baş nazir və eyni zamanda daxili işlər naziri olacaq Çarnvirakul və formalaşdırdığı yeni kabinetin üzvləri kral və kraliçanın qarşısında yerə qapanaraq ehtiramlarını bildiriblər.
Qeyd edək ki, mərasimdən dərhal sonra yeni Nazirlər Kabineti Hökumət Evində ilk iclasını keçirib. Yaxın günlərdə hökumətin parlamentə rəsmi proqramını təqdim etməsi gözlənilir.














