Taker Karlson: Tramp administrasiyası yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi altında yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər.
APA xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Onun iddiasına görə, mümkün zərbənin hədəfi İranın mərkəzində yerləşən Pikaks dağı ola bilər. Karlson İsrail kəşfiyyatının İran hökumətinin həmin ərazidə nüvə proqramını yenidən bərpa etdiyini iddia etdiyini yazıb.
Jurnalistin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın nüvə silahından istifadə ilə bağlı qərarı noyabrın 7-dək verilə bilər.
Karlson iddia edir ki, ABŞ-ın adi silahları nüvə obyektlərinin yerləşdiyi ehtimal olunan, 90 metr qalınlığında qranit təbəqəsini deşib keçə bilmir.
Onun sözlərinə görə, Rusiya ən azı iki ölkəni xəbərdar edib ki, ABŞ-ın İrana nüvə zərbəsi endirməsi Moskvanın Ukraynaya qarşı analoji silahdan istifadə etməsi üçün yol aça bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 Noyabr 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















