Icma.az
close
up
RU
“Taksi limitləri problemi köklü həll etmir” İqtisadçı

“Taksi limitləri problemi köklü həll etmir” İqtisadçı

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib.

Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib.

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Rəqabət Məcəlləsinə, “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlara uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla veriləcək.

Gununsesi.info-ya danışan iqtisadçı Qaşqay İsmayıl bildirib ki, Nazirlər Kabinetinin taksi sayına məhdudiyyət tətbiq etməsi böyük şəhərin infrastruktur problemləri həll edilməz:

“İnsanların əksəriyyəti, o cümlədən ekspertlər şəhərin problemini həll etmək üçün təhsil müəssisələrinin köçürülməsindən tutmuş regionlarda iş yerlərinin açılmasına qədər bir sıra yollar təklif edirlər. Hökumət isə həmişəki kimi inzibati yollarla problemi həll etməyə çalışır. Məsələ burasındadır ki, problemin inzibati yolla həlli olmadığı kimi, köçürülmələrlə, insanların sayını süni azaltmaqla da tamamilə həll eləmək mümkün deyil. Regionlarda zavod-fabrik açmağa gəlincə, hazırki iqtisadi reallıqda bu gülünc və qeyri-mümkündür.

İlk növbədə insanların şəhərə axınının səbəblərini tapmaq lazımdır. Düzdür, insanların xeyli hissəsi şəhərə iş tapmaq üçün gəlir və bu proses bütün böyük şəhərlərə xas olan təbii bir prosesdir. Burada pis bir şey yoxdur. Axının digər hissəsini burada yalnız qısa və səthi şəkildə izah edə bilərik. Məsələ burasındadır ki, anormal iqtisadi reallıq aqrar sektoru çökdürdüyü kimi insanların regionlarda işləmək üçün motivasiyasını da əllərindən alır. Dünya təcrübəsi göstərir ki, böyük həcmli kreditlər və subsidiyalar olmadan kənd təsərrüfatının mövcudluğu olduqca çətindir. Aqrar sektora belə bir maliyyə axınından isə hazırda söhbət gedə bilməz”.

İqtisadçı vurğulayıb ki, digər vacib məsələ regionlarla paytaxt arasındakı anormal bərabərlikdir.

“Əgər ucqar kənddə yaşayan insan siqareti, unu, yanacağı Bakıdakı qiymətə alırsa, kommunal tariflər eynidirsə, hətta vergilər arasında da ciddi fərq yoxdursa, onda paytaxtın nisbətən rahat infrastrukturu niyə də onu cəlb etməsin? Hökumət insanların regionlarda yaşamasını təmin etmək istəyirsə, ilk növbədə tariflər differensiallaşmalıdır.

Regionda yaşayan insanın xərcləri paytaxtdan kifayət qədər aşağı olmalıdır, vergi və rüsumlarda da ciddi fərq yaradılmalıdır. Bu fərq təmin edilməyənə qədər paytaxta axın cəlbediciliyini qoruyub saxlayacaq.

İqtisadi reallıqlardan da əlavə, Bakı şəhəri regionlarda yaşayan insanlar üçün cəlbediciliyini qoruyub saxlayır. Nəzərə almalıyıq ki, paytaxta xas həyat tərzi, məsələn, toyda rəqqasənin fəhlənin qarşısındakı rəqsinin cazibəsini yalnız regionlarda qiymətlərin ciddi şəkildə ucuzluğu azalda bilər”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri