Taksi qiymətlərini süni şəkildə artıran kimlərdir? XƏBƏRDARLIQ
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Yanacağın qiymətinin azacıq artması müəyyən panika yaradır və bu vəziyyətdən sui-istifadə edənlər də olur. O cümlədən, taksi xidmətləri sahəsində bu hal müşahidə olunur”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
O deyib ki, bazar özü tənzimlənən bir sahədir və qiymətlərin konkret olaraq nə qədər artacağını əvvəlcədən demək çətindir:
“Son günlərdə bir neçə istehlakçı mənə müraciət edərək taksi qiymətlərinin artması ilə bağlı narahatlıqlarını bildiriblər. Lakin müşahidə olunur ki, bəzi biznes subyektləri, xüsusilə xidmət sahəsində olanlar, yaranmış fürsətdən istifadə edərək, hətta cüzi artım olsa belə, qiymətləri süni şəkildə şişirdirlər və istehlakçılardan əsassız şəkildə artıq pul almağa çalışırlar. Bu isə artıq müəyyən bir problemin başladığını göstərir və müvafiq qurumların diqqət yetirməsini tələb edir. İstehlakçıların hüquqlarının qorunması və qiymət manipulyasiyalarına qarşı tədbirlərin görülməsi vacibdir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Şəxsi hesablar kütləvi şəkildə oğurlanır XƏBƏRDARLIQ
28 İyun 2025 02:00
Obyekt sahiblərinə XƏBƏRDARLIQ “Ağır şəkildə cərimələnəcəklər”
16 Dekabr 2025 16:46
AYNAdan taksi şirkətlərinə XƏBƏRDARLIQ
15 Noyabr 2024 12:47
“iPhone” gizli şəkildə fotoşəkilləri skan edir XƏBƏRDARLIQ
07 Yanvar 2025 14:06
Baxış sayı:41
Bu xəbər 07 Yanvar 2026 16:36 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları