Icma.az
close
up
RU
Taksi sifarişlərində kəskin azalmanın səbəbi nədir? (ŞƏRH)

Taksi sifarişlərində kəskin azalmanın səbəbi nədir? (ŞƏRH)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"Bunun əsas səbəbləri avtobus seqmentində artan nəqliyyat vasitələrinin sayıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov 2024-cü ildə taksi sifarişlərinin sayında 31-32% azalma müşahidə edilməsinin səbəblərini izah edərkən deyib deyib. 

Ekspert əlavə edib ki, ötən ilin sentyabr ayından təxminən 150 ədəd avtobus təmir olunub və marşurut xətlərinə buraxılıb:

"Paralel olaraq 165 ədəd elektrobus, özəl daşıyıcılar isə 60 ədəd yeni avtobuslar gətiriblər. Bunlar da xeyli say deməkdir. Avtobusların sayı artıbsa intervallar da azalıb. Ola bilər ki, şəhərin müxtəlif ərazilərinə səfər edən vətəndaşlarımız artıq həmin istiqamətdə yeni marşurutların açılmasın bilib daha çox ictimai nəqliyyat vasitələrinə üstünlük verirlər. Biz 2022-2024-cü ilin statistikasına nəzər salsaq görərik ki, istismar olunan avtobusların sayının artımında xeyli irəlləyiş var. İkinci səbəb kimi isə taksi qiymətlərinin bir qədər yüksəlməsini də göstərə bilərik".


Ekspert Elməddin Muradlı isə vurğulayıb ki, taksilərlə bağlı aparılan islahatlar nəqliyyat idarəedilməsi baxımından dəyişib:

"Yaxşı mənada inkişaf edib. Vətəndaşların, sürücülərin mövqeyindən baxanda isə pisləşib. Vətəndaş istəyir ki, düyməni basan kimi taksi qapıda dayansın. Sürücü istəyir ki, təzə, yaxud da köhnə avtomobil olsun, təki ona bu fəaliyyətlə məşğul olmağa icazə verilsin. Bu məsələlərdə yanaşma fərqlidir. Ona görə prosesin axırının necə olacağını bilmək olmur. Ancaq artıq qaydalar müəyyənləşib, normal xidmət və keyfiyyətin artırılması və s. kimi məsələlərə diqqət artırılıb".

Elməddin Muradlı əlavə edib ki, qaydalar qanun çərçivəsində nizamlanmalıdır:

"Qaydaların tətbiqindən sonra 67 min taksi sayı 23 minə enib. 44 min taksi isə kənarda qalıb. Yəni biz buna sosial məsələ kimi baxsaq, 44 min vətəndaşın işsiz olmasını görürük. Yaxud onların aqibəti necə olacaq, maşın ala bilməyəcəklər və s. Proses hansısa formada tənzimlənir. Taksi parkı yenilənir. Avtomobillərin istehsal ili 15 ildən 7 ilə düşüb. 23 min taksinin istehsal ili 7 ildən yuxarı deyil. Bu, yaxşı göstəricidir. Rəng məsələsi də oturuşur, vahid rəng sistemi tətbiq edilir. Əsasən ağ rəngə üstünlük verirlər. Ancaq vətəndaşlar taksi fəaliyyətindən məmmundurmu? Yox. Çünki qiymətlərin bahalaşmasından şikayət edirlər, keyfiyyət pisdir və s. Sürücünün mövqeyindən baxanda isə qiymət bu gün üçün normaldır. Niyə? Çünki 25-30 minlik avtomobillə xidmət göstərir. Avtomobil istismar olunduqca bunun qiyməti aşağı düşür, təmir xərcləri yaranır. Bu adam nə qədər pul qazanmalıdır ki, həm evinə çörəkpulu aparsın, həm dəavtomobilin itən dəyərini kompensasiya etsin".


Elməddin Muradlı hesab edir ki, problemin ortaq yolu onu deməyə əsas verir ki, bu gün qiymətlərin tənzimlənməsi avtomobil parkının yenilənməsi ilə bağlıdır:

"Amma ümumilikdə qiymət tənzimlənməsinə getmək lazımdır, aşağı-yuxarı həd formasında müəyyənləşdirilməlidir. Şirkətlər də buna uyğun davranmalıdır”. 

Qeyd edək ki, 2024-cü ilin dekabr ayını keçən ilin müvafiq dövrü ilə müqayisədə taksi sifarişlərinin sayında 31- 32% azalma müşahidə edilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev məlumat verib. 

Bahar Rüstəmli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Yanvar 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri