Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Bahalı səfər, artıq xərc: Azalmanın səbəbi nədir?

Bahalı səfər, artıq xərc: Azalmanın səbəbi nədir?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycana bu ilin yay mövsümündə gələn turistlərin sayı 5 faizdən çox azalıb. Belə ki, bu il iyun-avqust aylarında ölkəyə 740 min 722 turist səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azdır. Mövsüm ərzində ən çox turist 196 min 789 nəfər olmaqla, Rusiyadan gəlib. Bu göstərici ötən ilin yay mövsümü ilə müqayisədə 12 faiz azalma deməkdir. İkinci yerdə 116 min 479 nəfərlə Türkiyədən gələnlər qərarlaşıb. Bu da bir il əvvələ nisbətən 8,6 faiz artım deməkdir. Maraqlıdır, ölkəyə gələn turistlərin sayı niyə azalıb?

Millət vəkili Vüqar Bayramov bildirdi ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Bu səbəbdən turizmin inkişaf etdirilməsi və ölkəyə gələn turistlərin sayının artırılması prioritet məsələlərdəndir: "Pandemiyadan sonrakı dövrdə ölkəyə gələn turistlərin sayında artımlar müşahidə etdik. Lakin 2025-ci ildə bəzi ölkələrdən, xüsusilə Rusiya və Hindistandan gələn turistlərin sayında azalma qeydə alınır. Bunun obyektiv səbəbləri var. Səbəblər bəzən iki ölkə arasındakı münasibətlər, xidmət keyfiyyəti və qiymətlərlə bağlıdır. Təbii ki, turizm sektorunda xidmətin artırılması və qiymətlərin optimallaşdırılması çox vacibdir. Çünki xidmət keyfiyyətinin artırılması daha çox turistlərin cəlb edilməsinə imkan yarada bilər”.

Millət vəkili vurğulayır ki, daha çox turistin cəlb edilməsi üçün fasiləsiz turizm imkanlarının formalaşdırılması və turistik məhsulların genişləndirilməsi xüsusilə vacibdir: "Bu kontekstdə islahatların dərinləşdirilməsi zəruridir ki, növbəti mərhələdə ölkəyə gələn turistlərin sayında azalma müşahidə olunmasın”.

Turizmçi Anar Həsənov deyir ki, bu il Rusiyada yaşayan azərbaycanlıların səfərlərinin azalması turist axınına ciddi təsir göstərib: "Bunun başlıca səbəbi Azərbaycanla Rusiya arasında yaranmış gərginlikdir. Təyyarə qəzasından sonra insanlar hava nəqliyyatında təhlükəsizliklə bağlı narahatlıq keçirməyə başladılar. Üstəlik, AZAL-ın bəzi reyslərinin ləğv olunması və digər reyslərdə biletlərin qiymətinin bahalaşması da bu prosesə mənfi təsir göstərdi”.

Türkiyə istiqamətinə gəlincə, burada da maraqlı dəyişikliklər müşahidə olunur. Həmsöhbətimiz bildirir ki, Türkiyə vətəndaşları üçün hazırda Avropada və ya Misirdə istirahət etmək daha sərfəlidir: "Yəni bu istiqamətlərdə istirahət etmək Azərbaycana gəlməkdən ucuz başa gəlir. Əvvəllər türkiyəli turistlər Gürcüstan üzərindən quru yolla Azərbaycana səfər edə bilirdilərsə, hazırda bu, demək olar ki, mümkün deyil. Bu da turist axınının azalmasına səbəb olur”.

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov da təsdiqləyir ki, regionda son aylarda baş verən geosiyasi gərginliklər turistlərin sayına birbaşa təsir göstərib: " İran-İsrail qarşıdurması, Pakistan-Hindistan münasibətlərindəki gərginlik və digər münaqişələr Azərbaycanın hədəf bazarlarından gələn turistlərin sayına birbaşa təsir göstərib. Bu ölkələr Azərbaycanın əsas turizm bazarları sayıldığından, həmin istiqamətlərdəki azalma ümumi statistikaya da ciddi şəkildə təsir edib. Hava məkanının bir sıra dövrlərdə bağlı olması da bu prosesə təsirsiz qalmayıb. Belə ki, ərəb ölkələrindən gələn turistlər üçün uçuş marşrutlarının uzanması, normalda 3 saat olan uçuşun 6-7 saata qədər çəkməsi Azərbaycana səfəri həm vaxt, həm də xərclər baxımından əlverişsiz vəziyyətə gətirib”.

C.Aşurov vurğulayır ki, Azərbaycan həm qonaqlama, həm də qidalanma baxımından regionda turistlər üçün kifayət qədər əlverişli ölkə hesab olunur: "Lakin ölkəyə gəlmək hazırda nisbətən baha başa gəlir. Nəzərə alsaq ki, quru sərhədlər hələ də bağlıdır, turistlər yalnız hava nəqliyyatından istifadə edə bilirlər. Uçuş biletlərinin qiymətləri isə hər zaman sərfəli və əlçatan olmur. Bu da turistlərin seçimlərinə birbaşa təsir göstərir. Xaricə səfərlərin bahalaşması daxili turizmin inkişafına təkan verib. Pandemiyadan əvvəl, 2019-cu ildə təxminən 5,5 milyon Azərbaycan vətəndaşı ölkə xaricinə səfər edirdi. Hazırda bu rəqəm hələ də həmin səviyyəyə çatmayıb, yəni çıxışların sayı o dövrdəkinin təxminən yarısı qədərdir. Bu da göstərir ki, tələbatın böyük hissəsi ölkə daxilində qarşılanır. Ölkədaxili səfərlərin sayı və dinamikası nəzərəçarpacaq dərəcədə artıb”.

Həmsöhbətimiz vurğulayır ki, daxili turizmin canlanmasında həmkarlar ittifaqlarının və turizm şirkətlərinin təşəbbüsləri mühüm rol oynayıb: "Xüsusilə bu ilin yay aylarında Həmkarlar İttifaqının yeni platforması əsasında səfərlərin sayı artdı. Turizm şirkətləri artıq 1-2 günlük daxili turlar təşkil edirlər. Bu da ölkədaxili turizmi daha əlçatan edib. Yalnız hotellər deyil, kənd evləri, kiçik ailəvi evlər, "aframe” tipli evlərin sayının artması da insanlara münasib qiymətlərlə istirahət imkanı yaradır. Amma gələn il daha çox turist qəbul etmək üçün hava nəqliyyatı infrastrukturundan istifadə zəruridir. Əgər quru sərhədlərin açılması geciksə, digər beynəlxalq hava limanlarımızın imkanlarından daha səmərəli istifadə edilməlidir. Əlverişli qiymətə uçuşlar təklif edən aviaşirkətlərin cəlb olunması vacibdir. Əgər tranzit hava limanları ilə daha sıx əlaqələr qurularsa, həm ölkəmizə gələn turistlərin sayı, həm də regionlarda turizm aktivliyi artar”.

Mənbə: "Kaspi" qəzeti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri