Icma.az
close
up
RU
Cənub bölgələrində erkən evliliklərin səbəbi nədir? ŞƏRH

Cənub bölgələrində erkən evliliklərin səbəbi nədir? ŞƏRH

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycanda erkən nikahlar problemi aktuallığını qoruyur. Nə qədər maarifləndirici təbliğat proqramları həyata keçirilsə də, yenə də bu hallar baş verir.

Nəticədə hər il ölkə üzrə erkən nikahların sayı artır.

Görəsən, bu hallar yalnız Cənub bölgələrindəmi daha çox müşahidə olunur?

Mövzu ilə Gununsesi.info-ya danışan dinşünas Tural İrfan vurğulayıb ki, erkən evliliklərin əsasən Cənub bölgəsində vüsət almasının başlıca səbəbi həmin bölgələrdə xurafatçılığın daha geniş yayılmasıdır:

“Təbii ki, bu erkən evliliklərdə müxtəlif din adı ilə baş verən nöqsanların böyük əksəriyyəti xurafatçılıqdan və mövhumatdan qaynaqlanır. Hərçənd ki, din adı ilə addandırılsa da, əslində belə deyil. Biz bilirik ki, din bu cür ənənələrin əleyhinədir və elmə, mədəniyyətə, tərəqqiyə üstünlük verən bir amildir. Ancaq bu nöqsanlı məsələləri dinə calamaq və ya dinlə əsaslandırmaq özü də yanlış yanaşmadır”.

Tural İrfan vurğulayıb ki, Cənub bölgəsində erkən evliliklərin baş verməsinin əsas köklü səbəbi İranla yaxınlıqdır:

“Bu bölgə həmişə İranın siyasi ideologiyasının təsirində olub. Hətta bir vaxtlar radio və televiziya proqramları vasitəsilə qeyri-ixtiyari olaraq bu ərazilərə yayımlanırdı və bu da xarici təsirlərə məruz qalmağa yol açırdı. İranın, Güney Azərbaycan daxil olmaqla səfəvilər dövründən gələn qatı xurafatçılıq və məzhəbçilik ideologiyası, bütün İslam və Türk dünyası üçün böyük zərbədir.

Təəssüf ki, bu təsirlər Cənub bölgəmizdə daha çox hiss edilir və erkən evliliklərin mənbəyi, istismarçı ruhani təbəqənin əhalini dini adlarla idarə etməsinin bir nümunəsi kimi bugünə gəlib çatıb. Bu, müxtəlif vergilər, nəzir və niyazlar, zəkat və xüms kimi adlarla maddi istismar və azyaşlı qızların da istismarını əhatə edir. Təəssüf ki, bu, müəyyən dövrlərdə hələ də özünü göstərir”.

Tural İrfanın fikrincə, bunun qarşısını yalnız maarifləndirmə və təbliğatla almaq mümkündür:

“Bəzən erkən evliliklərə qarşı tədbirlər aparılır, təbliğatlar edilir, lakin səthi yanaşma yetərli deyil. Məsələni həll etmək üçün kökündə duran amillə mübarizə aparmaq lazımdır. Yəni xurafatçılıq və mövhumatın, həmçinin xarici təsirlərin əleyhinə maarifləndirmə, təbliğat və tədbirlər gücləndirilməlidir. Ən dəhşətlisi odur ki, insanlar bu xurafat və mövhumatı artıq din kimi qəbul ediblər. Əslində isə din qadınların təhsil almasını, işləməsini, ictimaiyyətə inteqrasiyasını və gender bərabərliyini təşviq edir.

Xurafat və mövhumat altında qadınların təhsildən yayındırılması, vaxtsız ərə verilməsi kimi hallar artıq dinlə bağlı deyil. Bu, sadəcə din adı altında yaradılmış yanlış ənənədir. Cənub bölgəsində bu fikir formalaşıb ki, sanki dindarlıq geniş yayılıb. Amma əsl dindarlıq mənəvi dəyərlərdə, marifçilikdə, qadınların təhsilə yönəldilməsində özünü göstərir. Burada isə mövhumat və xurafat köklü şəkildə vüsət alıb.

Məhərrəm aylarında və digər vaxtlarda zəncir vurma, ələm gəzdirmə, baş yarma kimi adətlərin geniş yayılması və İranla həmsərhəd bölgə olmasının təsiri də bu vəziyyəti gücləndirir. Səfəvilər dövründən qalan bu ənənələr hələ də bəzi bölgələrdə mövcuddur.

Buna görə də, birinci növbədə mövhumat və xurafatçılığa qarşı mübarizə gücləndirilməlidir. Sağlam dini dəyərlər, İslamın əsl məramı və məqsədi – yəni Qurandakı İslam – təbliğ olunmalıdır. Bu, qızların erkən ərə verilməsi və digər zərərli ənənələrin aradan qaldırılmasına xidmət edə bilər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri