Icma.az
close
up
RU
Taksi sürücüləri niyə kartla ödənişdən imtina edir?

Taksi sürücüləri niyə kartla ödənişdən imtina edir?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda fəaliyyət göstərən "Bolt" taksi şirkəti ödəniş üsulu kartla olan sifarişlərin sürücülər tərəfindən əsassız şəkildə ləğv edilməsinin qarşısını almaq məqsədilə müəyyən tədbirlər görməyə başlayıb.

Sosial şəbəkələrdə yayılan paylaşımlara əsasən, şirkət bu cür hallarla bağlı sürücülərə cərimələr tətbiq edir.Şirkətin bu addımı müştəri məmnuniyyətini artırmaq və platformanın sabit fəaliyyətini təmin etmək məqsədi daşıyır. Həmçinin paylaşımlarda qeyd edilib ki, sürücülərin balanslarında birdən-birə mənfi məbləğ yaranıb.

Bəs taksi sürücüləri niyə  kartla ödənişdən imtina edir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, qeyri-nağd ödənişlərdə taksi şirkətləri sürücüyə çatacaq məbləği vaxtında vermirlər:

“Qaydalara görə, Azərbaycan Respublikasında bütün yerlərdə qeyri-nağd ödəmələr qəbul olunmalıdır. Həmçinin, taksidə də bu qayda keçərlidir. Biz çox vaxt müşahidə edirik ki, sürücü sərnişindən qeyri-nağd ödəmə olanda, bunu qəbul edə bilmir. 

Əvvəlcədən sərnişin öz profilində qeyri-nağd ödəmə qeyd edibsə, o, hesabdan–hesaba ödənişləri edir. Burada sürücülər və sərnişinlər arasında problemlər yaranır. Çünki sürücüyə çatacaq həmin ödəniş qeyri-nağd olanda, taksi şirkətləri sürücüyə çatacaq məbləği vaxtında vermirlər, vaxtı uzadırlar.

Bu səbəbdən də bir çox hallarda sürücülər belə ödəniş edən sərnişinlərdən imtina etməli olur. Yaxşı olardı ki, taksi şirkətləri özlərində olan nöqsanları da aradan qaldırsınlar və taksi sürücülərinə çatacaq qeyri-nağd ödənişləri vaxtında onların hesabına köçürsünlər”.

Ekspert qeyd edib ki, taksi şirkətlərinə müvafiq dövlət qurumları nəzarət etməlidir:

“Hər halda bu, yaxşı qaydadır. Əsasən sərnişinlərin mənafeyini qoruyan bir qaydadır. Sürücülərin də mənafeyi qorunmalıdır. Bir tərəfdən də həmin o taksi şirkətlərinə müvafiq dövlət qurumları nəzarət etməlidir. Məsələn, Vergi Dövlət Xidməti nəzarət etməlidir ki, həmin taksi şirkəti vaxtında sürücüyə çatacaq məbləği ödəsin”.

Gülər    
“Cebheinfo.az”

Açar sözlər: taksi kart Eldəniz Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:520
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri