Icma.az
close
up
RU
Taksi sürücüləri kartla ödənişdən imtina edə bilməz

Taksi sürücüləri kartla ödənişdən imtina edə bilməz

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Hər birimiz zaman-zaman taksi xidmətlərindən istifadə edirik. Lakin elə hallar olur ki, üzərimizdə nağd pul olmur və ödənişi yalnız bank kartı vasitəsilə etmək məcburiyyətində qalırıq. Buna baxmayaraq, bəzi sürücülər belə vəziyyətlərdə sərnişini qəbul etməkdən və ya gedişi həyata keçirməkdən imtina edirlər.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən "Bolt" taksi şirkəti ödəniş üsulu kart ilə olan sifarişləri ləğv etdiyinə görə sürücüləri cərimələməyə başlayıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynov bildirdi ki, qeyri-nağd ödənişlər bu günün tələbidir:

"Mən hesab edirəm ki, bu tələbdən imtina etmək, yəni qeyri-nağd ödənişdən imtina sərnişinlərin hüquqlarının pozulması deməkdir. Bununla bağlı həm qanunvericilik var, həm də müxtəlif təşəbbüslər mövcuddur. Yalnız buna görə, əgər hər hansı bir sürücü və o sürücü ki, taksi xidmətini yerinə yetirir və onun POS-terminalı var, ödənişi qəbul etmək mümkündür, əgər bu ödənişdən imtina edirsə və bu barədə real, təsdiqli şikayətlər varsa, təbii ki, “Bolt” şirkətinin həmin sürücüyə istənilən cəzanı və ya sanksiyanı tətbiq etmək, yaxud onu sistemindən kənarlaşdırmaq hüququ var. Bu, hüquqi baxımdan da tam əsaslıdır".

Ekspert hesab edir ki, taksi xidmətini həyata keçirən bütün sürücülər sərnişinlərin bütün növ ödəniş imkanlarını tanımalıdırlar:

"Fərq etmir, bu ödəniş nağd şəkildə olsun, ya da kart vasitəsilə həyata keçirilsin – sürücünün bundan imtina etməsi, artıq onun səlahiyyətləri çərçivəsindən kənara çıxmaq deməkdir".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:455
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri