Taksi sürücülərinin arxivinə baxdıqda görürük ki, qazandığını da cəriməyə verir
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
"Qanunsuz fəaliyyət göstərən taksi sürücüləri ilə yol polisi mübarizə aparır. Ətraf ərazilərdə kameralar varsa, protokol tərtib edilir. Lakin bütün gün yol polisi bir nöqtəyə təhkim edilə bilməz. Bizim kontingentimiz bu qədər çox deyil".
Bu sözləri Baş Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyi və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Rövşən Tağıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən II Forumda deyib.
"Cəzalar sərtləşdirilir, mütəmadi tədbir görülür. Bundan sonra da mübarizə aparacağıq. Yol polisi həmin sürücülərə xəbərdarlıq etdikdə, taksi sürücüləri sosial durumu bəhanə gətirirlər. Halbuki arxivinə baxdıqda görürük ki, 30-40 dəfə cərimə ödəyib. Qazandığını da cəriməyə verir. Bununla belə əməllərindən əl çəkmirlər". \\Pravda.az
Baxış sayı:138
Bu xəbər 02 May 2025 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















