Icma.az
close
up
RU
Taksi sürücülərinin yarıdan çoxu 8 saatdan çox işləyir SORĞU

Taksi sürücülərinin yarıdan çoxu 8 saatdan çox işləyir SORĞU

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı ictimai müzakirələr fonunda Bakı və Abşeron ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxslər arasında keçirilmiş sosioloji sorğu bir sıra mühüm nəticələri üzə çıxarıb.

Sorğunun nəticələrinə əsasən, taksi fəaliyyəti ilə məşğul olanların 54.6%-i 35 yaş və ondan aşağı yaş qrupuna, 27.5%-i 36-45 yaş qrupuna, 12.3%-i 46-55 yaş qrupuna, 5.7%-i 56-65 yaş qrupuna mənsubdur. Başqa sözlə, taksi sürücülərinin əksəriyyəti gənc və orta yaşlı insanlardır.

Taksi sürücülərinin 69.0%-i son 5 ildir bu fəaliyyətlə məşğul olur. Həmçinin onların 54.9%-nin son 3 il ərzində taksi xidməti göstərməyə başlaması bu sahəyə yeni daxil olanların üstünlük təşkil etdiyini deməyə əsas verir. Taksi fəaliyyəti ilə məşğul olanların 19.0%-nin bu sahədə fəaliyyət müddəti 5 ildən 10 ilə qədər, 12.0%-nin 10 ildən yuxarıdır.

Taksi xidməti göstərənlərin əməkdaşlıq etdikləri şirkətlər arasında ilk üçlükdə "Bolt" (75.9%), "Uber" (49.2%) və "Yango" (16.9%) taksi aqreqatorları dayanır.

Taksi sürücülərinin 38.7%-i taksi fəaliyyəti ilə gündəlik orta hesabla 8 saat və ya ondan az, 22.6%-i 8-10 saat, 38.7%-i 10 saatdan çox məşğul olur. Başqa sözlə, taksi sürücülərinin yarıdan çoxu (61.3%-i) gündəlik orta hesabla 8 saatdan çox işləyir.

Sorğunun nəticələrinə əsasən, taksi fəaliyyəti onların 81.8%-nin əsas məşğulluq sahəsidir. Taksi sürücülərinin 17.7%-i taksi fəaliyyəti ilə əlavə iş kimi məşğul olduğunu bildirib, 0.5% bu barədə məlumat verməyib.

Taksi fəaliyyəti ilə əlavə iş kimi məşğul olanların 72.5%-i bu işlə gündəlik 8 saata qədər məşğul olur. Taksi fəaliyyətinin əsas işi olduğunu bildirənlərin 69.0%-i bu işlə gündəlik 8 saatdan çox məşğuldur.

Taksi fəaliyyəti ilə əsas iş kimi məşğul olan hər üç nəfərdən birinin (33.9%) avtomobildən icarə formasında istifadə etdiyi məlum olub.

Taksi fəaliyyəti ilə məşğul olanların 70.5%-i hazırda kredit borcunun olduğunu bildirib.

Sorğunun nəticələrinə görə, taksi fəaliyyətində istifadə olunan minik avtomobillərinin 47.2%-i hibrid, 32.6%-i benzin, 0.8%-i qaz, 19.4%-i dizel mühərriklidir. Sorğu iştirakçıları arasında elektromobil istifadəçilərinə rast gəlinməyib.

Taksi fəaliyyəti ilə məşğul olanların 45.6%-i istifadə etdiyi avtomobilin şəxsi mülkiyyəti, 3.8%-i ailə üzvünə, yaxud yaxınına məxsus olduğunu bildirib. 20.0%-i avtomobilin lizinq, yaxud kreditdə olduğunu, 30.5%-i gündəlik, yaxud aylıq icarə formasında istifadə etdiyini qeyd edib.

Bakı və Abşeron sakinləri arasında keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən, vətəndaşların 77.7%-i avtobusdan, 75.3%-i taksidən, 59.7%-i metrodan, 6.2%-i şəhərətrafı dəmiryolundan, 4.4%-i digər nəqliyyat vasitələrindən istifadə edir. 10.7% ictimai nəqliyyatdan istifadə etmir.

Avtobus nəqliyyatının hazırkı vəziyyəti respondentlərin 57.7%-ni qane etmir. Bu göstərici metro xidmətləri üzrə 24.7%-ə, taksilər üzrə 22.9%-ə bərabərdir.

Bakı və Abşeronda yaşayan respondentlərin 9.3%-i taksi xidmətlərindən gündəlik olaraq, 30.7%-i həftədə bir neçə dəfə, 57.6%-i ayda bir neçə dəfə istifadə etdiyini bildirib.

Onların 65.2%-i taksi xidmətinə rahat və sürətli, 31.4%-i eyni zamanda ucuz və sərfəli olduğu üçün, 26.9%-i avtobusların vaxt intervalının gec olması, 21.4%-i avtobus və metrolardakı sıxlıq, 14.8%-i avtobus marşrut xətlərinin uyğun olmaması səbəbindən üstünlük verir.

Taksi xidmətlərindən istifadə edərkən, sərnişinlərin 41.0%-i taksi minik avtomobilinin vəziyyətinin qənaətbəxş olmaması, 36.9%-i sürücünün telefondan istifadə etməsi, 30.7% sürücünün siqaret çəkməsi, 22.4%-i sürücü mədəniyyətinin aşağı olması, 20.0%-i yol hərəkəti qaydalarını pozması, 20.0%-i yüksək səslə musiqi dinləməsi, 19.7%-i ödəniş qalığını qaytarmaması, 15.5%-i qeyri-etik davranışı halları ilə mütəmadi qarşılaşdığını bildirib.

Qeyd edək ki, tədqiqat kəmiyyət metodologiyası əsasında olmaqla iki mərhələdə aparılıb. Sosioloji sorğunun hədəf qrupu kimi, ilk mərhələdə Bakı və Abşeron ərazisində taksi fəaliyyəti ilə məşğul olan 390 nəfər əhatə olunub. Hədəf qrup üzrə respondentlərin müəyyən olunmasında qartopu üsulu tətbiq edilib. İkinci mərhələdə sosioloji sorğunun hədəf qrupu Bakı və Abşeronda yaşayan əhali müəyyən edilib. Seçmə çərçivəsinə daxil edilən 390 nəfərin müəyyən olunmasında ehtimallı seçmə üsulundan istifadə olunub. Seçmə çərçivəsi əhalinin paylanmasına proporsional müəyyən edilib, gender bərabərliyi qorunub.

İlk mərhələ üzrə məlumatların toplanılması 2024-cü ilin 2 aprel - 8 aprel tarixlərində, ikinci mərhələ üzrə 9 aprel - 15 aprel tarixləri arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə edilməklə həyata keçirilib. Sorğular hər iki qrup üzrə 18 yaş və ondan yuxarı ümumilikdə 780 nəfəri əhatə edib. Sorğuda əhatə olunmuş respondent sayına əsasən, nəticələrin hər iki qrup üzrə xəta əmsalı 95% əminlik intervalında 5%-ə bərabər olub.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Aprel 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri