Taksi sürücüsündən sərnişinlərə təhqir: Maşının şüşəsinə eşşək şəkli yapışdırdı VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda fəaliyyət göstərən taksidə qeyri-adi xəbərdarlıq lövhəsi sərnişinlərin diqqətini çəkib.
Avtosfer.az xəbər verir ki, taksinin arxa yan şüşəsinə yapışdırılan kağızda “maşında yemək yemə”, “uşaqlara nəzarət elə”, “səliqəli otur” kimi çağırışlar yer alıb.
Ən maraqlısı isə bu xəbərdarlıqların yanında eşşək şəkilinin əks olunmasıdır. Görünür, sürücü bu şəkildə sərnişinlərin diqqətini cəlb etmək və onları daha məsuliyyətli davranmağa təşviq etmək istəyib.
Sosial şəbəkələrdə paylaşılan bu görüntü birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər sürücünün sərnişin mədəniyyətinə diqqət çəkdiyini və haqlı olduğunu desə də, digərləri eşşək şəklinin etik olmadığını bildirib.
Qeyd edək ki, ictimai nəqliyyat vasitələrində davranış qaydalarına əməl olunması, avtomobilin təmizliyinin qorunması və sürücünün işinə maneə yaradılmaması qanunla müəyyən edilmiş məsuliyyətlərdir.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 20 İyun 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















