Taksi sürücüsünə xəsarət yetirib maşınını əlindən alanlar tutuldu
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsmayıllı rayonunda quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər müştəri qismində mindikləri taksi sürücüsünə xəsarət yetirərək onun nəqliyyat vasitəsini ələ keçirib və hadisə yerindən uzaqlaşıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, tədbirlərlə həmin avtomobil digər ərazidə tərk edilmiş vəziyyətdə aşkarlanıb.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Pünhan Qurbanov və 44 yaşlı Tərlan Yusubov paytaxt ərazisində gizləndikləri yer müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:İsmayıllıda taksi sürücüsünə xəsarət yetirilib: Avtomobili oğurlanıb
14 Aprel 2026 16:37
Paytaxt sakininin telefonunu əlindən alanlar saxlanıldı Video
26 Yanvar 2026 15:06
Telefonu əlindən alıb qaçdı, satdı, sonda tutuldu
23 İyul 2026 18:00
Ermənilər maşınını əlindən aldı, 40 il sonra Şuşaya qayıtdı
14 Sentyabr 2025 13:45
Ben Affleki taksi sürücüsünə oxşatdılar
26 Noyabr 2024 06:01
Baxış sayı:144
Bu xəbər 14 Aprel 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















