Taksi sürücüsünü elə aldatdı ki... Film kimi hadisə VİDEO
Icma.az, Bizim media saytına istinadən bildirir.
Müştəriyə telefonu danışmaq üçün verən taksi sürücüsü 2 min manatdan çox zərərə düşüb.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, paytaxt sakini Azər Mehdiyev deyir ki, Xəzər rayonu, Binə qəsəbəsində taksi fəaliyyəti ilə məşğuldur.
Onun qəsəbə daxilində bir neçə dəfə müştəri kimi avtomobilinə əyləşən şəxslə aralarında səmimi münasibət yaranıb. Elə hər şey də burdan başlayıb:
''Mənə dedi ki, telefonu ver, danışıb qaytarıram. Aldı, danışırdı. Mən də maşının içərisini təmizləyirdim. Bir də baxdım ki, yoxdur - aradan çıxıb. Sonra gördüm, 2 saat keçməmişdi -camaat məni axtarır. Nəsə olub, xəstəxanadasan? Dedim, nə olub? Dedilər, mənim adımdan SMS yazılıb. Deməli, kontaktımdakı adamlardan 2200 manat pul yığıb bu adam''.
Sürücü başına gələnlərlə bağlı dərhal polisə müraciət edib. Onun şikayəti əsasında telefonu götürdüyü deyilən İbrahim adlı şəxs saxlanılıb. Azər Mehdiyev indi həmin şəxsin onun adından yazdığı mesajlara inanaraq pul göndərən şəxslərin zərərinin ödənilməsini istəyir.
Vətəndaşın müraciəti əsasında ərazi polis orqanlarında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 21 Avqust 2026 06:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















