Icma.az
close
up
RU
Taksidə istifadə edilən xarici maşınların aqibəti necə olacaq?

Taksidə istifadə edilən xarici maşınların aqibəti necə olacaq?

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtda fəaliyyət göstərən taksi şirkətlərinin tam şəkildə yerli istehsal olan avtomobillərə keçəcəyi iddiası ilə müzakirələr davam edir. "NAZ lifan", "Khazar", "AzSamand", "Pegeot", "Chevrolet", iddiaya görə, hazırda istifadə edilən hibrid və elektromobil nəqliyyat vasitələri yavaş-yavaş sıxışdıracaq.

Mövzu ilə bağlı Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, bu seçim taksi şirkətlərin öz ixtiyarındadır:

“Əslində, ayrı-ayrı şirkətlər öz taksi parkını formalaşdırarkən, hansısa yeniliklər edə bilər. Tutaq ki, avtomobil seçərkən eyni markanın, yaxud eyni dövlətin istehsalı olan maşınlara üstünlük verəcək. Yəni taksi şirkət hansı zavodun nəqliyyat vasitəsini alacağını özü müəyyən edir. Dövlətin bilavasitə bu məsələyə müdaxiləsi özəl sektora müdaxilə hesab olunardı. Konkret heç bir özəl şirkətin qarşısında şərt qoyula bilməz ki, öz nəqliyyat parkını mütləq Azərbaycan istehsalı maşınlardan təşkil et.

Bu, artıq qeyri-qanuni yanaşma olacaq. Şirkətlərə sadəcə tövsiyə edilə bilər ki, Azərbaycan daxilində istehsal edilən maşınlardan istifadə edilsin. Dövlət müəyyən kvota müəyyən edə bilər ki, taksi şirkətləri öz avtomobil parkında minimum 30, yaxud 40 faiz yerli maşınlara üstünlük versin. Məhz buna görə şirkət qərar verə bilər ki, Azərbaycanda yığılan maşınların alınmasına üstünlük verəcək, ya yox”. 

Ekspert qeyd edib ki, xaricdə istehsal edilmiş nəqliyyat vasitələrinin taksi xidmətində istifadəsi bundan sonra da davam edəcək:

“İkincisi, qiymət fərqi yarana bilər. Azərbaycanda istehsal olunan nəqliyyat vasitəsi məlum olduğu kimi, gömrük rüsumlarından azaddır və onun alış qiymətləri digər markalara nisbətən daha əlverişli ola bilər. Bu baxımdan şirkət özü birbaşa yerli istehsal maşınlara üstünlük verə bilər. Amma məncə, bu o demək deyil ki, başqa ölkələrin avtomobillərindən taksi xidmətində istifadə edilməyəcək. Bunun olması mümkün də deyil. Taksi fəaliyyəti ilə bağlı lisenziya almış sürücülər öz fəaliyyətlərinə davam edəcəklər”.

(yeni.sabah)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Yanvar 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri