Icma.az
close
up
RU
Taksilərə hansı yeni imtiyazlar verilə bilər? AÇIQLAMA

Taksilərə hansı yeni imtiyazlar verilə bilər? AÇIQLAMA

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Yerli KİV-də yer alan məlumatlara görə, bu gündən etibarən Bakı şəhərində fəaliyyət göstərən minlərlə taksi sürücüsü tətil elan edəcək. Onlar taksi dayanacaqlarının sayının artırılmasını, sərnişin mindirib-düşürmək üçün taksi sürücülərinə avtobus zolaqlarından istifadə etməyə icazə verilməsini, minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsini istəyirlər. 

Taksilərə hansı yeni imtiyazlar verilə bilər?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, bu narazılıqlar öncədən proqnozlaşdırılıb:

"Bununla bağlı çoxsaylı mətbuata müsahibələrimizdə bildirmişik. Doğrudan da, taksi dayanacağlarının sayı kifayət qədər azdır. Hesab edirəm ki, avtobuslar üçün nəzərdə tutulan zolaqlardakı avtobus dayanacaqlarından taksilərə də dayanacaq kimi istifadə etmək üçün səlahiyyət və hüquq verilməlidir. Məhz həmin dayanacaqlardan 5 metr öndə, 5 metr arxada taksilərin sərnişinini düşürtməsi üçün icazə verilsin. Dərhal sürücülər cərimələnməsin. Çünki istənilən halda sərnişin birinci zolaqda düşürülməlidir. İkinci zolaqda, nəqliyyatın olduğu zolaqda təbii ki, taksi dayanacaqda park edə bilməyəcək. Bu isə qəza şəraiti yaradacaq. Eyni zamanda da istənilən nöqtədə sərnişinin düşmək üçün hüququ və haqqı var. Birinci zolağa girərkən 100 manat cərimələnəcəksə, bu ziddiyyət necə olmalıdır? Burada birmənalı olaraq hüquq pozuntusu var. Dünyanın heç bir ölkəsində bu yoxdur".

Ekspertin sözlərinə görə, taksi sürücüsü istənilən yerdə, istənilən zolaqda sağa, sola dönmə işarəsi edərək sərnişini düşürtmək hüququna malik olmalıdır.

"Taksi sürücüləri haqlıdırlar. Qiyməti isə bazar tənzimləyəcək. Hal-hazırda qiymətlər istehlakçıların imkanları daxilindədir. Taksilər xidmət göstərir və qazanc əldə edə bilirlər. Böyük məbləğlər olacaqsa, bu, taksilərdən imtinaya gətirib çıxaracaq. Bu normal haldır, bunu bazar özü tənzimləyəcək. Onlar qiymət artırmaq, ya azaltmaq istəyirlərsə, etsinlər. Bu zaman vətəndaşlar skuterlərə, velosipedlərə və digər alternativ nəqliyyat vasitələrinə daha çox üstünlük verəcəklər. Bu iki paradoksal kompleks aradan qaldırılmalıdır", - deyə İ.Hüseynli bildirdi (redaktor.az).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Aprel 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri