Icma.az
close
up
RU
Taksilərin qiyməti artacaq? Rəsmi

Taksilərin qiyməti artacaq? Rəsmi

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətin tətbiqindən sonra sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Metbuat.az AYNA-ya istinadən xəbər verir ki, limit sürücülərin deyil, nəqliyyat vasitələrinin sayına tətbiq edilir, yəni bu addım iş yerlərinin sayına təsir göstərməyəcək.

Qeyd edək ki, icazələrin verilməsinə kvotanın tətbiq edilməsi haqqında qərarın 1 noyabr tarixindən qüvvəyə minməsini nəzərə alaraq, taksi fəaliyyəti üçün buraxılış vəsiqələrinin və buraxılış kartlarının verilməsi 2025-ci il 31 dekabr tarixinə kimi davam edəcək.

"Hazırda taksi daşımalarında sürücülərə kifayət qədər tələbat mövcuddur. Taksi fəaliyyəti göstərən sürücülərin təlimləri və hazırlıq işləri davam etdirilir. Bir nəqliyyat vasitəsi bir neçə sürücü tərəfindən idarə oluna bilər və bu, taksi daşımalarında iş və istirahət rejiminə riayət olunmasına töhfə verəcək", - AYNA bildirir.

Həmçinin taksi fəaliyyəti ilə məşğul olan şəxslərə çağırış edərək bildirilir ki, növbəti illərdə istehsal tarixindən 15 il ötmuş avtomobillərin taksi fəaliyyəti üçün istifadəsi mümkün olmayacaq. Bunu nəzərə alaraq, köhnə nəqliyyat vasitələrinin, xüsusən də istehsal tarixi 2011-ci olan avtomobillərin verilmiş müddət ərzində yenilənməsi tövsiyə olunur.

"Qeyd etmək istərdik ki, kvotanın tətbiqindən sonra qiymətlərin artacağı, sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı yayılan məlumatlar yanlışdır. Hazırda taksi fəaliyyəti üçün 35 000 aktiv icazə mövcuddur. Gün ərzində isə bunlardan yalnız 22 000-23 000 taksi minik avtomobili xidmətə çıxır. Yəni, kvotanın 25 000 təyin edilməsi bazara təsir etməyəcək və taksi çatışmazlığı baş verməyəcək. Əksinə, peşakar əmək və xidmət bazarı formalaşacaq və əhaliyə göstərilən taksi xidmətinin keyfiyyəti daha da yüksələcək.

Taksi sahəsində təxminən 1 il əvvəl islahatlar başlayanda da, cəmiyyətdə müəyyən narahatlıqlar var idi. Lakin nəticə göz qabağındadır. İslahatların birinci mərhələsində taksi parkının yenilənməsi, uçotun, nizamlı fəaliyyətin və nəzarət mexanizminin qurulması, sürücülərin təlimlərə cəlb edilməsi istiqamətində atılan addımlar ciddi keyfiyyət artımını təmin etdi. Hazırda həyata keçirilən islahatların bu mərhələsinin məqsədi bu sahədə daha da keyfiyyətli və nizamlı xidmətə nail olmaqdır", - məlumatda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Oktyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri